Bir neçə ildir “Kabala” fəlsəfəsi ilə marqalanan “Oscar”lı aktrisa Qvinet Paltrov dinini dəyişdirərək yəhudi olduğunu açıqlayıb.
Ailem.az-ın “Page six” jurnalına istinadən xəbərinə görə, 41 yaşlı aktrisa öyrəndiyi “Kabala” dərslərindən sonra dinini dəyişdirərək yəhudi olub.
Atası yəhudi olan aktrisa uşaqlığından bəri təhsilini həm xristian, həm yəhudi inancına görə davam etdirib. 2006-cı ildə verdiyi açıqlamasında atasının rus Rabinik xanədanlıq soyundan gəldiyini deyən Paltrov “‘Mən əsl yəhudi şahzadəsiyəm”, – demişdi.