"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

“Onun ölümü bizim hamımızı sarsıtdı” – Sabir Rüstəmxanlı

13 Avqust 2014 - 17:26
in Kateqoriyasız
FacebookVatsap

Xalq şairi Sabir Rüstəmxanlı dünya şöhrətli azərbaycanlı alim Cavad Heyətin vəfatı ilə bağlı nekroloq yazıb. sabir-rustemxanliseckielrde
Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən AzNews.az-a daxil olan nekroloqda deyilir:

“Xalqımız ömrünü millətinin varlığının, dilinin, kimliyinin qorunmasına həsr edən daha bir ziyalısını, aydınını itirdi. Adı çəkiləndə Güney Azərbaycan, orda azadlığı uğrunda çalışan minlər, dilini qorumağa qalxan milyonlar yada düşən Cavad Heyətin ölümü hər birimizi sarsıdır.

Statistik reallıq üçün az ömür sürməyib Cavad Heyət: 1925-ci il mayın 24-də Təbrizdə, tanınmış ziyalı Mirzəli Heyətin ailəsində dünyaya göz açıb. Mirzəli Heyət məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçun “Heyət” adı ilə tanınıb, İran ədliyyəsinin qurucularından biri kimi məşrutiyyət inqilabında fəal rol oynayıb.

Canında, qanında daşıdığı azadlıq, milli düşüncə bütün şüurlu həyatını əhatə edirdi Cavad Heyətin. İstanbul və Paris universitetlərində tibb təhsili almışdı, ölkəsinin və dünyanın tanınmış cərrahlarından biri idi, İranda ilk dəfə ürək əməliyyatını (koronar şuntlama) aparmışdı, amma bütün bunlardan əlavə millətinin folklorunu, ədəbiyyatını, mədəniyyətini təmsil edirdi. Cavad Heyət tibbi araşdırmaları ilə tanınırdı, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin, Paris Cərrahlar Akademiyasının üzvü, Türk Dil Qurumunun fəxri sədri və dünyanın bir çox universitetlərinin, o cümlədən Azərbaycan universitetlərindən bəzilərinin fəxri doktoru idi.

Yüzlərlə elmi məqalənin, cərrahiyyəyə aid 3 fundamental kitabın müəllifi idi, amma həm də türkologiyaya aid yeddicildlik yazmışdı, Azərbaycanın şifahi xalq ədəbiyyatı ilə bağlı araşdırmalar aparmışdı.

Bir neçə dildə – ingilis, fars, türk və s. – mükəmməl danışan Cavad Heyət uzun müddət öz həyat missiyasına uyğun “Varlığ”ı qorudu, bu dərgidə milli mədəniyyəti yaşatmaqdaydı.

Son illər səhhətində yaranan narahatlıqlar bu böyük insanın fəaliyyətinə nisbətən təsir etmişdi, amma bu yaşda belə soydaşlarımızla bağlı olan tədbirlərdən qalmamağa çalışırdı: hər zaman öz ziyalı mövqeyini ortaya qoyurdu və bu münasibətlər hər zaman vaxtında, məqamında olması, gərəkliliyi, barışdırıcılığı ilə seçilirdi. Həm də dostlarına, xüsusilə səhhəti ilə qayğılanan arxadaşlarına son mənzilinin Bakıda olması arzusunu dilə gətirirdi.

Böyük azərbaycanlının müstəqil Azərbaycanın başkəndində dəfn olunması onun halal haqqıdır.

Cavad Heyətin yeri hər zaman görünəcək və o, hər bir azərbaycanlının ürəyində, oxucularının qəlbində yaşayacaq.

AzNews.az 

Bunu da oxuyun

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Previous Post

“Onun ölümü bizim hamımızı sarsıtdı” – Sabir Rüstəmxanlı

Next Post

Yıxılma, Vətən!

Bənzər yazılar

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

22 Oktyabr 2026 - 23:16

Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Birinci Komitənin (Silahsızlanma və Beynəlxalq Təhlükəsizlik Komitəsi) adi silahlarla bağlı tematik müzakirələrində Azərbaycanın...

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

22 Oktyabr 2026 - 23:14

Ukrayna və Finlandiya arasında ümumi dəyəri təxminən 300 milyon avro olan yeddi saziş imzalanıb. Elchi.az -ın  məlumatına görə, sənədlər oktyabrın...

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

22 Oktyabr 2026 - 23:09

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfiri...

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

22 Oktyabr 2026 - 23:07

Ukrayna müharibə başa çatdıqdan sonra ölkənin təhlükəsizliyini təmin etmək üçün üç variantı nəzərdən keçirir. Elchi.az xəbər verir ki, bunu Ukrayna...

Next Post

Yıxılma, Vətən!

Yıxılma, Vətən!

Son xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

22 Oktyabr 2026 - 23:16
Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

22 Oktyabr 2026 - 23:14
Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

22 Oktyabr 2026 - 23:09
Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

22 Oktyabr 2026 - 23:07
Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

22 Oktyabr 2026 - 21:20
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

22 Oktyabr 2026 - 21:18
ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

22 Oktyabr 2026 - 21:16
Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

22 Oktyabr 2026 - 20:14
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

22 Oktyabr 2026 - 20:13
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

22 Oktyabr 2026 - 20:11
Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb

Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb

22 Oktyabr 2026 - 20:09
Çində 7 maqnitudalı zəlzələ olub

Çində 7 maqnitudalı zəlzələ olub

22 Oktyabr 2026 - 19:43
Kəmaləddin Heydərov yeni qərar imzaladı

Kəmaləddin Heydərov yeni qərar imzaladı

22 Oktyabr 2026 - 19:29
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

22 Oktyabr 2026 - 19:08
Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

22 Oktyabr 2026 - 18:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.