"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Yıxılma, Vətən!

13 Avqust 2014 - 17:30
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Elçin Mirzəbəyli                                                                                                             

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

elchin_Mirzeebeyli_01aznews.az

Bəzən insanı ayaqda saxlayan, öz hədəflərinə çatmaq, yolun sonuna varmaq istəyindən daha çox hər addımında yıxılmasını gözləyənlərə inad nümayiş etdirdiyi əzmkarlıq olur. 
Büdrəyişlərinə sevinənlərin arasında bəzən gözləmədiyin, ağlına belə gətirmədiyin insanları görəndə sarsılırsan, sonra… hər şey adiləşir, dizlərindəki hər dəfə yenidən qanayan irili-xırdalı yaralar, hər qan damlasının üzərində əks olunan kinayəli gülüşlər müqavimətini daha da artırır və yalnız Tanrının ədalətinə sığınıb yoluna davam edirsən. Vətən də, dövlət də… insan kimidi… Yalnız bir fərqlə – əgər çoxluq qanayan yaralara istehza edənlərin sırasında deyilsə… 
…Xeli müddətdi Azərbaycan cəmiyyəti bu qədər silkələlnməmişdi, bu qədər sarsılmamışdı… Və bu qədər özünü tanımamışdı!
… O gün səhərimiz kürəyimizə tuşlanan namərd silahı kimi qəfildən, gözləmədiyimiz bir zamanda…, qara xəbərlə açıldı. 
…Bir neçə ənənəvi mətbuat orqanı və agentlik istisna olmaqla, son illər ərzində gurultulu adlar altında internet məkanını zəbt edən, siyasi xəbərləri belə uciz pornoqrafiyanı xatırladan yeni media “göbələkləri”nin böyük əksəriyyəti bu qara xəbərin gətirdiyi sınaqdan çıxmadı… Əttökən şouların sərhədlərindən kənara bircə addım atmaq üçün belə sifariş, göstəriş, əmr gözləyən, siyasi dünyagörüşü, dövlətçilik təfəkkürtü, analitik düşüncəsi olmayan, əksər hallarda başı daxili intriqalara qarışmış bir qrup qorxaq və cəsarətsiz manafe müvəkkilinin yönəltdiyi bəzi TV-lər də həmçinin… Donub qaldılar. Ənənəvi proqram siyasətlərində cüzi korrektələr belə edə bilmədilər. Yenə də Sovet dövründə lentə alınmış “Babək”, “Dədə Qorqud”, “Axırıncı aşırım” kimi Azərbaycan filmləri və soyuq müharibə dövründən qalmış xarici ekran əsərləri, ruhsuz söz yığınından ibarət, pafoslu, səmimiyyətdən uzaq, qeyri peşəkar və tələm-tələsik hazırlanmış təbliğat materilları bürüdü TV ekranlarını. Əksər televiziya kanalları belə bir vəziyyətdə əhaliyə obyektiv və inandırıcı informasiya vermək əvəzinə məsuliyyətdən yayınmağa, “məndən ötdü qardaşıma dəydi” prinsipi ilə hərəkət etməyə başladılar və bununla da insanların şaiyə yayan internet resurslarına üz tutmalarına zəmin yaratdılar. Tamaşaçıya dolayısıyla “nə edirsiniz edin, amma bizə baxmayın” dedilər. 
Əslində necə olmalıydı? Peşəkar hərbçilərin, Qarabağ qazilərinin və siyasi şərhçilərin iştirakı ilə tok-şoular hazırlanmalı, insanlarda ruh yüksəkliyinin artırılması üçün bütün mümkün vasitələrdən istifadə edilməliydi. Şəhidlərin dəfn mərasimi yüksək peşəkarlıqla təşkil edilməli, eyni peşəkarlıqla, detallı şəkildə işlənərək, emosional notlarla tamaşaçıya təqdim olunmalıydı. Tamaşaçıya gözünü ekrandan ayırmağa imkan verilməməliydi… Amma olmadı! 
Əvəzində isə demokratiya və insan azadlıqlarından dəm vuran, Azərbaycana düşmən kəsilən bütün qütblərə “Ləbbeyk” deyən şərəfsizlərin quyruq bulayanları “internet göbələklərində” və sosial şəbəkələrdə meydan suladılar, şaiyələri xəbərə, xəbərləri istehza obyektinə çevirdilər, erməni mənbələrini… öpüb gözlərinin üstə qoydular, Sarkisyanın gorbagor atasının goruna and içdilər… 
Ay sizin…
…Analarınızı ona görə ittiham edirəm ki, sizin kimi şərəf və ləyaqətin nə olduğunu bilməyən, millətinin qanına susamış təpəgözləri dünyaya gətiriblər. Bəlkə də böyüyüb kim olacağınızı bilsəydilər sizi elə bətnlərində də dəfn edərdilər… 
Yazmağa belə xəcalət çəkirəm… Özünü “peşəkar jurnalist” adlandıran biri ermənilərin ağır itki vermələri ilə bağlı Ermənistan mətbuatının yaydığı xəbərləri təkzib etmək üçün dəridən-qabıqdan çıxır… Və görün nə yazır: “Ola bilməz! Ermənilər bu qədər itki verməyiblər. Azərbaycan hakimiyyəti insanları sakiştləşdirməyə çalışır”. Bu artıq nakəsliyin son həddidir! Milli mənsubiyyət faktorunu, vətəndaş təəssübkeşliyini bir kənara qoyuram, belələrinin damarlarında insan qanının axdığına da şübhə edirəm. 
…Müharibə davam edir və bu savaşda heç bir azərbaycanlı, haqqı tanıyan heç bir insan bəndəsi bitərəf ola bilməz. Mən hələ açıq-aşkar düşmənin mövqeyini müdafiə edənləri bu sıraya yazmıram. Onları yeri zatən bəllidir! Belə bir vəziyyətdə bitərəf olanları nəzərdə tuturam! Millətinin, dövlətinin maraqlarına, haqqa, ədalətə, insanlığa münasibətdə bitərəflik neytrallıq deyil bişərəflikdir!
…Baş verənlər sübuta yetirdi bizim büdrəməyə, hətta daha güclü olduğumuz barədə susmağa, haqqımızı hayqırmaq üçün ləngiməyə, vaxt itirməyə haqqımız yoxdur! Ləyaqətsiz olduqlarını sübuta yetirən kəslərə humanizm prinsiplərindən çıxış edərək yanaşmaq isə Millətə Xəyanətdir! Kimlərinsə illərdən bəri çeynədikləri “ictimai qınaq”, “ictimai sınaq”, “ictimai… nə bilim nə” kimi manipulyativ söz oyunları da belə məsələlərdə keçərli olmur. Saqqızınız çürüyüb, cənablar, heç olmasa ağzınızı təravətləndirin!
Sən isə… büdrəmə Vətən, yıxılma! Buna haqqın yoxdur! Sənə güvənən, nakəslərin tənələrinə tuş gələn övladlarının gözü Sənə dikilib, Səndən nicat gözləyirlər! Ayaqlarının altında bir ovuc torpau olmaq səni sevənlər üçün şərəfdir, Vətən! Yetər ki, Sən yıxılma! 

Previous Post

Yıxılma, Vətən!

Next Post

Məleykə Abbaszadəyə şok ittihamlar – bal saxtakarlığı

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Məleykə Abbaszadəyə şok ittihamlar - bal saxtakarlığı

Məleykə Abbaszadəyə şok ittihamlar - bal saxtakarlığı

Son xəbərlər

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

23 İyul 2026 - 21:09
Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

23 İyul 2026 - 21:03
ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

23 İyul 2026 - 21:00
Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

23 İyul 2026 - 20:58
Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

23 İyul 2026 - 20:56
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23 İyul 2026 - 19:30
Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

23 İyul 2026 - 19:21
Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

23 İyul 2026 - 19:11
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

23 İyul 2026 - 18:57
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

23 İyul 2026 - 18:46
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

23 İyul 2026 - 18:34
ADY sərnişin daşınmasını 18% artırdı

ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb

23 İyul 2026 - 18:24
Bakıda 23 istiqamətdə sıxlıq var – FOTO

Bakıda 23 istiqamətdə sıxlıq var – FOTO

23 İyul 2026 - 18:09
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

23 İyul 2026 - 17:59
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

23 İyul 2026 - 17:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.