"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Onun həyat fəlsəfəsi

22 Yanvar 2015 - 21:54
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyevin 50 yaşına sözardı…teleqraf.com1421930320sedr qudret bey

Bunu da oxuyun

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

 

 

Gerçək qəhrəmanların obrazını yaratmaq, sözlə portret cizgilərini çəkmək çox çətindir.

 

Xüsusilə də həmin qəhrəman sənin bir addımlığındadırsa… Onu, bəlkə də, hər kəsdən yaxşı tanıyırsansa… Bircə kəlmə sözündən, işarəsindən, üzünün xəfifcə, sezilmədən dəyişən cizgisindən nə demək istədiyini anlayırsansa, duyursansa…

 

Yaradıcı insanlar, adətən, təxəyyüllərində canlandırdıqları, yaxud yaratdıqları obrazları, qəhrəmanları daha çox sevirlər. Çünki uydurulmuş qəhrəmanlar onları uyduranların müəyyənləşdirdiyi yerdə və məsafədə dayanırlar. Onların obrazına, portretinə arzuladığın istənilən cizgini əlavə etmək olar. Xoşuna gəlmədi… sil və yenisini əlavə elə, öz ideallarına, dünyagörüşünə, zövqünə uyğunlaşdır.

 

Mənim qəhrəmanım isə gerçəkdir. Olduğu və göründüyü kimi… Bu baxımdan, onun portretinə və xarakterinə arzuladığım hər hansı bir cizgini əlavə edə bilməyəcəyəm. Əslində, belə bir arzum da yoxdur.

 

…O, mübaliğəni sevmir, bəzək-düzəkli yanaşmaları, boyalı, sığallı, ütülü bənzətmələri xoşlamır. Hər şeyin olduğu kimi, bəzən olduğundan daha sadə, gözə çarpmayan və iddiasız  görünməsini arzulayır. Onu foto, yaxud videokamera qarşısında konkret iş prosesindən kənar, bircə dəqiqə də olsun, dayanmağa razı sala bilməzsən. Çünki o, heç vaxt başqalarının görmək istədiyi, yaxud kənardan peşəkarcasına sırınan obrazda görüntülənmək istəməyəcək. Bəzən anlaşılmayacaq, yaxud hər kəsin anlaya biləcəyi bir obrazda görüntülənməsinə şans tanımayacaq. Daxili aləmini, dünyagörüşünü… üzünün cizgilərində, davranışlarında aşırı xəsisliklə ifadə edəcək. Onu duymaq, düşüncələrindən qopan işığı üzünün cizgilərində tutmaq… an məsələsi olacaq. Bu anı əldən verdinsə, nə qədər istedadlı və peşəkar olursansa ol, geriyə qaytara  bilməyəcəksən… Bütün hallarda, təbii şəkildə yaranmış, yaxud müxtəlif üsullarla yaradılmış vəziyyətlərdə olduğu və göründüyü kimi qalacaq…

 

Yol

 

…Təxminən 33 il öncə, qatarın yarıaçıq pəncərəsindən Azərbaycanı ikiyə ayıran tikanlı məftilləri, Arazın bu ayrılığın axan mənzərəsi kimi boz-bulanıq və qırmızı rənglərlə ikiyə bölünmüş sularını ilk dəfə gördüyüm zaman nə vaxtsa mənim birgünlük təəssüratımı dünyaya göz açdığı gündən bəri yaşayan, həmin ayrılıqla iç-içə olan bir insanla yol və əqidə yoldaşı olacağımı ağlıma belə gətirməzdim.

 

O, mənim qatarın pəncərəsindən seyr etdiyim ayrılığın bir addımlığında, adını belə dilə gətirə bilmədiyimiz, “o tay” deyə adlandırdığımız Vətən torpağından əsən dəli küləklərin cövlan elədiyi bir məkanda dünyaya göz açdı… Həyatının ilk itkisini, ilk ağrısını burada – zəhmətsiz bircə toxumun belə cücərmədiyi bu torpaqlarda qarşıladı.

 

…Atasını itirəndə Qüdrət Həsənquliyevin 13 yaşı vardı. Birçəyini gənc yaşlarından övladlarının yolunda ağardan fədakar bir ananın ümidinə qalan böyük bir ailə həyatın acı gerçəkləri ilə qarşı-qarşıya yaşam mücadiləsinə başladı və böyük məhrumiyyətlər bahasına olsa belə, bu amansız mücadilədən alnıaçıq çıxmağı bacardı…

 

Hələ kiçik yaşlarından hüquqşünas olmaq istəyirdi. Onu hər gün sübhün alatoranlığında qonşu kənddəki məktəbə aparan da elə bu arzusu idi. Orta məktəbi əla qiymətlərlə başa vursa da, qarşısında onu arzusuna qovuşmağa qoymayan süni maneələr dayanırdı. O zamanlar hüquq fakültəsinə daxil olmaq üçün 2 illik iş stajı tələb olunurdu. Bu maneəni də geridə qoymaq üçün bir müddət doğulduğu kənddə fəhlə kimi çalışdı və sonra hərbi xidmətə yola düşdü. Hərbi xidmətini Sibirdə, İrtış çayının kənarında yerləşən, 50 dərəcə şaxtanın Tanrının lütfü hesab olunduğu bir məkanda keçdi. Nümunəvi xidmətinə görə ona Sverdlovsk Hüquq İnstitutunda ali təhsil almaq üçün göndəriş də verdilər. Bu sənədə görə, hərbi xidmətini yenicə başa vurmuş Qüdrət Həsənquliyev adıçəkilən ali təhsil ocağına müsabiqədənkənar qəbul olunmalıydı. Lakin bu dəfə qarşısına başqa bir maneə – onun Sovet İttifaqı barədə təsəvvürlərini tamamilə alt-üst edən, gözlə görünməyən “tikanlı məftillər” çıxdı. İnstitutda ona bildirdilər ki, SSRİ Təhsil Nazirliyindən verilən şifahi göstərişə görə, azərbaycanlıların hüquq ixtisası üzrə qəbuluna icazə verilmir… Məhz azərbaycanlı olduğuna görə Sverdlovsk Hüquq İnstitutunda təhsil almaq arzusu gerçəkləşməyən, ancaq həyatının ən böyük dərsini alan, Sovet rejiminin gerçək simasını görən Qüdrət Həsənquliyev “Böyük Vətən” haqqında nağılların boş və mənasız olduğunu anlayaraq kiçik Vətənə qayıdır…

 

Arzusunu öz doğma vətənində gerçəkləşdirmək üçün paytaxt Bakıya gəlir, universitetin hüquq fakültəsinə qəbul olunur və elə ilk günlərdən gizli tələbə hərəkatına qoşularaq, Azərbaycanın azadlığı uğrunda mücadiləyə başlayır. Hərəkat yoldaşlarıyla birlikdə Azərbaycanın 16 ali təhsil müəssisəsini əhatə edən Şimali Azərbaycan Azad Tələbə İttifaqını yaradır və bu təşkilatın sədri seçilir…

 

…Bütün bunlar mənim Qüdrət Həsənquliyevi tanımadığım zaman kəsiyində baş verənlərdir. Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri kimi sonradan onunla yollarımız dəfələrlə kəsişib.

 

Və artıq 14 ildir ki, uzun illər ayaq basdığımız yolu əqidə yoldaşlarımızla birgə və səbirlə addımlayırıq. Bir an belə tərəddüd etmədən, hədəflərimizin doğruluğuna, millətimizin və dövlətimizin mənafeyinə xidmət etdiyinə sonunadək inanaraq…

 

Mənim üçün ən önəmli amil insanın özünəməxsus xarakterinin və bəlkə də, ümumiyyətlə, xarakterinin olmasıdır. Buna görə də çox zaman münasibətdə olduğum insanları iki hissəyə ayırıram: xarakteri olanlar və olmayanlar…

Qüdrət Həsənquliyev xarakter adamdır. Yalnız özünün qənaətlərinə söykənərək addımlayan, bir çox hallarda hansısa zaman kəsiyində məruz qalacağı təzyiqləri, hücumları önəmsəmədən axına qarşı üzməyi bacaran əsl xarakter adamı…

 

Bu yazıda məqsədim Qüdrət Həsənquliyevin siyasi portretini yaratmaq olmasa da, onun obrazındakı bəzi cizgiləri qabartmaq üçün yaxın tarixdə baş verən siyasi proseslərə diqqət çəkmək istəyirəm:

  • Rəhbərliyində təmsil olunduğu siyasi partiya ikiyə parçalanır. O, partiyanın başqa bir qanadında təmsil olunduğuna baxmayaraq, digər qanadın təşkil etdiyi toplantıya qatılır, tamamilə fərqli və inkarçı ovqata köklənmiş insanların qarşısında çıxış edir, onları partiyanı parçalamamağa çağırır.
  • AXCP ikiyə parçalandıqdan sonra öz prinsiplərinə sadiq qalaraq, partiyanın bütövləşməsi uğrunda açıq mübarizəyə başlayır. Hər iki qanadın rəhbərliyində təmsil olunan şəxslər partiyanın bütövləşməsi ilə bağlı verdikləri vədlərdən, elan etdikləri prinsiplərdən geri çəkilsələr də, o, öz yolunu davam etdirir.
  • Partiyanın hər iki qanadında təmsil olunan insanların əhəmiyyətli hissəsinin iştirakı ilə AXCP-nin bütövləşməsinə nail olur. Ölkənin siyasi həyatında mühüm hadisəyə çevrilən birləşdirici qurultayda həmin dövr üçün qeyri-adi, ağlasığmaz sayılan mesajlar verir. Azərbaycanda sivil və etimadlı siyasi münasibətlər sisteminin formalaşmasının ölkənin gələcəyi üçün taleyüklü önəm kəsb etdiyini vurğulayır.
  • Ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların, KİV-lərin, QHT-lərin ağlasığmaz təzyiqlərinə, böhtan və qarayaxmalarına rəğmən, elan etdiyi prinsiplərdən geri çəkilmir.
  • Rəhbərlik etdiyi partiya dövlət qeydiyyatına alınır və qısa müddətdən sonra Azərbaycandakı siyasi qütbləşmədə, inkarçılıqda maraqlı olan xarici qüvvələrin revanşı nəticəsində partiyanın qeydiyyatı ləğv olunur.
  • O, yenə elan etdiyi prinsiplərdən geri çəkilmir. Əqidə yoldaşlarıyla birlikdə növbəti dəfə partiyanın təsis qurultayını keçirir. Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin Bütöv Azərbaycançılıq məfkurəsini istiqlal mücadiləmizin aparıcı təşkilatının adi ilə bir araya gətirir.
  • Siyasi partiyaların, medianın, QHT sektorunun əhəmiyyətli hissəsinin və beynəlxalq təşkilatların basqısı altında rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlət qeydiyyatına alınması üçün çoxsaylı maneələrdən, məhkəmə proseslərindən keçir. Və nəticədə, 2005-ci ilin avqust ayında BAXCP dövlət qeydiyyatına alınır…

 

…Və o, bu gün də bir an olsun belə tərəddüdə yol vermədən, elan etdiyi prinsiplərə sonsuz sədaqət nümayiş etdirərək yoluna davam edir. Vaxtilə Qüdrət Həsənquliyevə, əqidədaşlarına və onların Azərbaycanın siyasi münasibətlər sisteminə gətirdikləri dəyərlərə savaş elan edənlərin böyük əksəriyyəti bu gün tamamilə fərqli bir mövqedən çıxış edirlər. O isə elə öz yolundadır. Özünün açdığı və başladığı yolda…

 

Qüdrət Həsənquliyevin xarakterindəki ardıcıllıq onun siyasi fəaliyyətində, insanlara münasibətində də özünü büruzə verir. Tələbə olduğu dövrdə Şimali Azərbaycan Azad Tələbə İttifaqının yaradılmasında fəal iştirak edir, bu qurumun sədri olur və… sonradan rəhbərlik etdiyi təşkilatın adına Bütöv Azərbaycan hədəfinin əlavə edilməsinə nail olur. 2008-ci ildə isə Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası adlandırılması təşəbbüsü ilə çıxış edir…

 

Qüdrət Həsənquliyev Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal olunduğunu və danışıqlar prosesində Rusiyanın vasitəçi deyil, tərəf olduğunu dilə gətirən yeganə siyasətçidir. O, bütün dedi-qoduları, böhtan və qarayaxmaları göz önünə alaraq, danışıqların forpost Ermənistanla deyil, Rusiya ilə aparılmasının vacibliyini vurğulayır. Ən yaxın tarixdə Rusiyanın siyasi layihəsində iştirak edənlər, yaxud imkan düşdükdə bu ölkənin canişinlərinə quyruq bulayanlar ona qarşı bütün “damğavuran” vasitələrini işə salırlar. Amma o, yenə də bütün təzyiqləri öz üzərinə götürərək, qarayaxmaları önəmsəmədən həqiqəti dilə gətirməkdən çəkinmir…

 

Qüdrət Həsənquliyev sədaqətli dost, etibarlı yol və əqidə yoldaşıdır. Konkret faktlara müraciət etməyə lüzum görməsəm də, ona sığınan insanlara görə özünün və doğmalarının həyatını belə riskə atdığını bilirəm… Səmimiliyinin, daxili humanizminin, başqalarının ağrı-acısını öz ağrısı kimi qəbul etməsinin, yıxılanı ayağa qaldırmaq əxlaqının, xeyirxahlığının ona çoxsaylı problemlər yaşatdığının şahidi olmuşam. Həm də dəfələrlə…  Əvvəllər buna etiraz edirdim. Amma başa düşdüm ki, Qüdrət Həsənquliyevin həyat fəlsəfəsi bütün dövrlər üçün keçərli olan sadə bir həqiqətə söykənir: əgər kimlərsə pislik etməkdən əl çəkmirlərsə, o zaman mən nə üçün yaxşılıq etməkdən əl çəkməliyəm…

 

50 yaşın mübarək, dostum! Tanrı yardımçın  olsun!

 

Elçin Mirzəbəyli

 

Previous Post

Onun həyat fəlsəfəsi

Next Post

Ermənistan ordusu xəstə çağırışçıların ümidinə qalıb

Bənzər yazılar

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

25 Oktyabr 2026 - 16:04

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - Qüdrət bəy,...

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07

Avstraliyanın Uolter və Eliza Hall İnstitutunun alimləri qamma-delta T hüceyrələrinin şiş digər immun sistemlərindən yayınsa belə, kiçik hüceyrəli ağciyər xərçəngi...

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49

Moderator.az-ın Pərvin Şakirqızı ilə"Rəsmilərin mövqeyi" rubrikasının növbəti müsahibəsini təqdim edirik. Bu dəfə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə...

Next Post

Ermənistan ordusu xəstə çağırışçıların ümidinə qalıb

Ermənistan ordusu xəstə çağırışçıların ümidinə qalıb

Son xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

26 Oktyabr 2026 - 12:24
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

26 Oktyabr 2026 - 12:14
Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

26 Oktyabr 2026 - 11:59
Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

26 Oktyabr 2026 - 11:53
Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

26 Oktyabr 2026 - 11:41
Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

26 Oktyabr 2026 - 11:36
Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

26 Oktyabr 2026 - 11:33
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26 Oktyabr 2026 - 11:23
Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

26 Oktyabr 2026 - 11:17
Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

26 Oktyabr 2026 - 11:05
FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

26 Oktyabr 2026 - 10:58
Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

26 Oktyabr 2026 - 10:46
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

26 Oktyabr 2026 - 10:33
Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27
Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

26 Oktyabr 2026 - 10:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.