"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Onu öz kəşfi öldürdü

29 Avqust 2014 - 22:18
in MARAQLI
FacebookVatsap

Polyak əsilli Mariya Sklodovskaya Küri 1867-ci il il noyabr ayının 7-də Varşava şəhərində doğulub. 18156O, beş uşaqlı ailənin kiçik qızı idi. Atası gimnaziyada fizika müəllimi, anası isə məktəb müdiri olub. Mariya hələ uşaq yaşlarından başqalarından fərqlənən güclü zehni ilə diqqəti cəlb edirdi. Fizika müəllimi olan atası Polşanı işğal edən Çar Rusiyasının məmurları tərəfindən işdən uzaqlaşdırılıb. Buna səbəb onun Polşanın milli dəyərlərinə hədsiz bağlılığı və fikirlərini uyğun olmayan məkanlarda dilə gətirməsi idi. Kürinin anası da uşaqlarına baxa bilmək üçün vəzifəsindən imtina etmək məcburiyyətində qalır.

Bir müddət sonra isə ailə gözlənilməz faciə yaşayır. Kürinin səkkiz yaşı olanda onun anası vərəm xəstəliyindən vəfat edir. Atası Kürinin dərslərini yaxşı oxuması üçün ona hər zaman diqqət yetirib, dəstək olur. Orta məktəbi əla qiymətlərlə bitirməsinə baxmayaraq Mariya universitetə tez bir zamanda daxil ola bilmir.  Çar Rusiyasının əsarətində olan Polşada həmin dönəmlərdə qadınların təhsil alması xoş qarşılanmırdı.

Elmə həvəsi olan Mariya gənc yaşlarından dayısı oğlunun kimya  laboratoriyasında laborant kimi çalışmağa başlayır.

Rus kimyaçısı, elementlərin dövri sisteminin yaradıcısı Dmitri Mendeleyev onun atasının dostu idi. Günlərin birində laboratoriyada Mariyanı iş başında müşahidə edən Mendeleyev ona xeyir-dua verir. Bildirir ki, kimya sahəsində işlərini davam etdirsə, parlaq gələcəyi olacaq.

Mariya fərdi dərslər keçərək ailə büdcəsinə köməklik edir, milliyyətçi gənclərin yaratdığı “Azad Universitet”də qadın işçilərə kitablar oxuyurdu.

On səkkiz yaşı olanda varlı ailələrin evində müəllimlik edir, məvacibini Parisdə Sorbonna Universitetində həkimliyi oxuyan bacısına yollayırdı.

Polşadan gediş və Pyer Küri ilə tanışlıq

Bir müddət sonra Mariya siyasi aktivliyinə görə Polşadan ayrılmaq qərarına gəlir. Lakin, Rusiyanın işğalı altında olan Polşadan uzaqlaşmaq o qədər də asan deyildi. Nəhayət, o, buna nail olur.

1891-ci ilin payızında Mariya Paris qatarına əyləşərək Polşadan ayrılır.

Tezliklə Sorbonna Universitetinə qəbul olunur. Pol Appelin, Qabriel Lipmannın, Edmond Botinin dərslərinə qatılır, eyni zamanda məşhur fiziklərlə tanış olur.

Gənc qız tələbə məhəlləsində kirayələdiyi evin çardağında çox yoxsul həyat tərzi keçirir. O, təhsilini davam etdirə bilmək üçün laboratoriyadakı ocaqlara nəzarət edir, təcrübə şüşələrini yuyub təmizləyir. İki il çox çətin şərtlər altında oxuyan Mariya həftələrlə pendir-çörəklə yaşamaq məcburiyyətində qalır.

1894-cü ildə başqa elm adamı Pyer Küri ilə tanış olur. Onların tanışlığı qısa müddətdən sonra dostluğa və sevgiyə çevrilir. 1895-ci ildə Pyerlə Mariya ailə həyatı qururlar.

Ailənin ilk qız övladı İren 1897-ci ilin sentyabr ayında anadan olur. Üç ay sonra Mariya poladın maqnetizmi sahəsində işlərini başa çatdırıb, 1898-ci ildə şüa buraxan maddələr üzərində təcrübələrə başlayır. 1898-ci il aprelin 12-də  Mariya Skladovskaya Küri uran-oksid mineralında yüksək radioaktivliyə malik yeni kimyəvi elementin olmasını xəbər verir.

Elmi uğurlar…

Arvadının uğurlarına sevinən Pyer onu çox həvəslə izləyir. Tədqiqatın  gedişinə mane olmadan öz məsləhət və qeydləri ilə daim Mariyaya kömək edir. İlk təcrübələrin uğurlu gedişindən ruhlanan Pyer özünün kristallar üzərində davam etdirdiyi işləri yarımçıq qoyaraq yeni elementin kəşfində ona köməklik edir.   1898-ci ilin iyulunda onlar  poloniumun kəşfi barədə açıqlama  verirlər. Tədqiqatların aparılması üçün böyük miqdarda filiz xammalı lazım olur. Sonrakı  illər ərzində Kürilər zərərli şəraitdə işləməli olurlar. Çox çətin şərtlər altında işləsələr də məvacibləri dolanışığa çatmır. Tədqiqatlar və balaca qızına baxmaq Mariyanın vaxtını çox alırdı. Ailəyə maddi qatqısı olsun deyə Mariya bir müddət fizika fənnindən dərs deyir. Onun azyaşlı qızına isə Mariyanın qayınatası baxmalı olur.

1902-ci ildə Kürilər bir neçə ton uran qətranından 0,1 qram radium-xlorid əldə etdiklərini xəbər verirlər. Poloniumu əldə etmək onlara hələlik müyəssər olmadı, çünki aydınlaşdı ki, polonium radiumun parçalanma məhsuludur. Əldə olunmuş birləşmələri təhlil edən Mariya müəyyən etmişdi ki, radiumun atom kütləsi 225-dir. Radium duzu mavi işıq və istilik saçırdı. Bu fantastik maddə bütün dünyanın diqqətini cəlb edir.

Mariya doktorluq dissertasiyası üzərində işlərini başa çatdırıb “radioaktiv maddələrin təhqiqatı” adlı elmi iş 1903-cü ilin sentyabrında Sorbonna Universitetinə təqdim edir. Həmin  doktorluq dissertasiyası elmə verilmiş ən böyük töhfələrdən biri olur. Və Mariya Fransada elm sahəsində doktor adını qazanan birinci qadın olur.

Gözlənilməz ailə faciəsi…

1903-cü ilin dekabrında İsveç Kral Akademiyası fizika sahəsində Anri Bekkerel, Pyer və Mariya Skladovskaya Kürilərə Nobel mükafatı təqdim etdi. 1904-cü ildə Küri ikinci qız övladı Evaya sahib olur.

1906-cı ildə Mariya Kürinin həyatında gözlənilməz faciə baş verir. Aprelin 19-da möhkəm yağış yağır. Pyer Küri mühazirədən çıxıb evə gələrkən yolda ayağı sürüşür və at arabasının altına düşür. Atın boynundan sarılıb xilas olmağa cəhd göstərsə də alınmır. Altı tonluq arabanın altında qalan qırx beş yaşlı fizik canını tapşırır.

Mariya bu faciəyə mətanətlə dözməyə çalışır. Dərdini unutmaq üçün bütün günü təcrübə otağından çıxmır. Bir ay sonra o, Sorbonna Universitetində ərinin yerinə işləməyə başlayır. Və həmin universitetdə mühazirə deyən ilk qadın müəllimə olur.

Mariya Küri metal radiumun əldə olunmasına nail olur.  1910-cu ildə Debirn ilə birlikdə radiumu kəşf edərək on iki illik elmi tədqiqatlarını başa çatdırır. 1910-cu ildə bir çox alimlərin təkidi ilə Mariyanın namizədliyi ən nüfuzlu elmi cəmiyyət olan Fransa Elmlər Akademiyasının üzvlüyünə irəli sürülür. Onun əri ölümünə bir il qalmış akademiyanın üzvü seçilmişdi.  Fransa Elmlər Akademiyasının bütün tarixi ərzində heç bir qadın bu qurumun üzvü olmamışdı. Buna görə də Mariya Kürinin namizədliyinin irəli sürülməsi bu qərarın tərəfdarları və əleyhdarları arasında qızğın mübahisələrə səbəb olur. Bir neçə aylıq müzakirələrdən sonra 1911-ci ilin yanvarında Kürinin namizədliyi rədd edilir. Çox az vaxtdan sonra isə İsveç Kral Akademiyası “kimyanın inkişafında görkəmli xidmətləri, radium və polonium elementlərinin kəşfi,  radiumun əldə olunması, bu elementin təbiətinin və onun birləşmələrinin öyrənilməsi sahəsində xidmətlərinə görə” ona Nobel Mükafatı  təqdim edir. Bu, Mariya Kürinin ikinci Nobel Mükafatı idi.

Mariya mükafatı almaq üçün qızı İrenlə birlikdə Stokholma yola düşür.

İyirmi dörd ildən sonra isə elə həmin zalda İren Mariya öz Nobel mükafatını almağa nail olur. 1934-cü ilin sonlarında İren həyat yoldaşı Fredrik Joliot ilə birlikdə radioaktivliyi kəşf edir.

Elm üçün ölən qadın…

Mariya Kürini tanıyanlar onu çox mehriban və təvazökar qadın kimi xarakterizə edirlər. O, elmə hər zaman gözəllik kimi baxdığını vurğulayırdı. Laboratoriyasında özünü təbiətin sirli hadisələri ilə üz-üzə dayanan uşaq kimi hiss etdiyini deyərmiş. Mariya Küri elmin inkişafı naminə bütün təcrübələri sınaqdan keçirtməkdən yorulmayan əvəzsiz alim olmaqla yanaşı vaxtilə böyük səfalətə məruz qalsa belə sonralar da heç vaxt öz təcrübələri vasitəsi ilə pul qazanmaq istəməyib. O, radium istehsalından patent almaqdan imtina edib.

Radiumun tibbdə istifadə olunması üçün işə başlayan Mariya bir çox xərçəng xəstələrini ölümdən xilas etməyə nail oldu. Xərçəngə qarşı çox yaxşı nəticələr verən radioaktiv terapiya uzun illər insanları ölümün pəncəsindən aldı. Bu uğurlu nəticələr xoşagəlməz hallar da yaratdı. Məşhur fransız kosmetik firması toryum və radyum tərkibli «Tho-Radia»  adlı üz kremlərini satışa çıxardı. Bu kremlər bir çox insanın xərçəngə tutulmasına səbəb olur.

Eləcə də Amerikada kiçik bir saat fabrikində işləyən işçilərin çoxunda sümük xərçəngi meydana çıxır. Deyilənlərə görə həmin işçilər saatları fırça ilə rənglədikləri zaman bilmədən fırçanı dilləri ilə yalayarmışlar. Bu isə qısa zamanda xeyli işçinin xərçəngə mübtəla olmasına səbəb olur.

Elə həmin ərəfədə Mariya Küri də radium təhlükəsi ilə üz-üzə qalır. Gecə-gündüz demədən birlikdə yaşadığı element ona xəyanət edir. Mariya Küri nədənsə radioaktiv maddələrlə işləyən zaman heç bir  müdafiə tədbiri görməyib. Ən pisi isə üzərində müstəqil surətdə əldə etdiyi elementin olduğu ampulanı, məhz zəhərli radiumu gəzdirib. Radioaktiv maddə olan, zəif  mavi işıq saçan kiçik ampula hər zaman Mariyanın əlində, gah da boynunda asılı olarmış. Məhz bu kəşfi də Mariyanın ölümünə səbəb olur.

1934-cü ilin may ayında o, çox ciddi narahatlıq keçirir. Xəstəxanada aparılan analizlərin nəticəsində onun kəskin anemiya xəstəsi olduğu ortaya çıxır. Mariya Fransadakı ən yaxşı sanatoriyalarda müalicə olunmaq üçün göndərilsə də heç bir köməyi olmur. Uzun illər üstündə gəzdirdiyi radium onun qan xərçənginə yaxalanmasına səbəb olur. Və xəstəliyinin məlum olduğu vaxtdan az müddət sonra 1934-cü il iyunun 4-də Mariya Küri həyatla vidalaşır. Ölümündən sonra onun haqqında “elm üçün ölən qadın” sözləri deyilir.

Onun ikinci qızı Eva isə ixtisasca jurnalist olub. Qızının həyat yoldaşı isə Henri Riçardson da Nobel mükafatı əldə edib.(Kulis.az)

 

Bunu da oxuyun

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Previous Post

Onu öz kəşfi öldürdü

Next Post

“Laylay, vəhabi balam…”

Bənzər yazılar

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

23 Fevral 2026 - 18:57

Kaliforniya Universitetinin San-Fransisko kampusundan olan alimlər öyrənmənin əzbərləməkdən daha təsirli ola biləcək üsulunu müəyyən ediblər: əsas amil təkrarların sayı deyil,...

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

14 Fevral 2026 - 04:48

Avropa iqtisadçıları məşhur Breaking Bad serialında təsvir olunan psixoloji modelin real həyatda da mövcud olduğunu müəyyən ediblər. Elchi.az xəbər verir...

Next Post

“Laylay, vəhabi balam...”

“Laylay, vəhabi balam...”

Son xəbərlər

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

28 İyul 2026 - 22:46
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

28 İyul 2026 - 22:45
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 22:01
Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

28 İyul 2026 - 22:00
“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

28 İyul 2026 - 21:53
Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

28 İyul 2026 - 21:49
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

28 İyul 2026 - 21:47
Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
“Sabah” Finlandiya səfərində – Canlı

“Sabah” Finlandiya səfərində – Canlı

28 İyul 2026 - 19:08
“Kups” – “Sabah” matçının start heyətləri açıqlandı

“Kups” – “Sabah” matçının start heyətləri açıqlandı

28 İyul 2026 - 18:57
Xaricdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə!

30 mindən çox abituriyent imtahana gəlmədi

28 İyul 2026 - 18:48
U-17 dünya çempionatı: Ömər Salmanov bürünc medal qazandı

U-17 dünya çempionatı: Ömər Salmanov bürünc medal qazandı

28 İyul 2026 - 18:36
Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

28 İyul 2026 - 18:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.