Qazaxıstan müstəqillik tarixinin ən böyük böhranını yaşadı.
Elchi.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı deyib.
“Terrorçuların əsl hədəfi konstitusiya düzənini dağıtmaq, hakimiyyəti ələ keçirmək və dövlət çevrilişi etmək idi. Onların əsas hücumu Almatıya qarşı yönəlmişdi, şəhərin süqutu cənubun, daha sonra isə bütün Qazaxıstanın ələ keçirilməsinə yol açacaqdı”, – Tokayev bildirib.