Onkoloq İvanov: Qəhvə içmək qaraciyər xərçənginin qarşısını alır.
Elchi.az xəbər verir ki, Qəhvə içmək xərçəngin simptomlarını yüngülləşdirə və bəzi xərçəng növlərinin qarşısını almağa kömək edə bilər.
Məsələn, gündə iki fincan qəhvə qaraciyər sirrozunun inkişaf riskini demək olar ki, yarıya endirir. Bu barədə Gazeta.Ru ilə söhbətində onkoloq Anton İvanov danışıb.
“Ümumiyyətlə, qəhvədə kifayət qədər çox vacib komponentlər var – 2 minə qədər məhsul, o cümlədən yağ turşuları, iltihabi prosesləri maneə törədən antioksidanlar, bununla da xərçəngin inkişafının qarşısını alan polifenollar, xlorogen turşusu” dedi mütəxəssis.
Onkoloq Vadim Pokrovski qeyd edib ki, siqaret çəkmək kimi pis vərdişlər səbəbindən xərçəngə tutulma riski artır. O qeyd edib ki, bu xüsusi vərdiş hər ikinci xəstədə olur. Mütəxəssisin bu sözlərini Life.ru dərc edib.
Şayəstə Hüseynova