Avqustun 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumaat yayıb.
Bildirilib ki, avqustun 21-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Culfada 19, Şahbuzda 16 m/s-yə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 24 dərəcəyədək isti müşahidə olunub.





















