ABŞ-ın Feniks şəhərində körpənin ölümündən sonra günlərlə anası ilə tək qaldığı məlum olub. Polis xəbər aldıqdan sonra evə gedib və körpəni xilas edib.
Elchi.az xəbər verir ki, ABŞ-ın Arizona ştatında polis ölümündən sonra günlərlə anası ilə tək qalan körpəni xilas edib.
CBS News-un məlumatına görə, səlahiyyətlilər may ayında baş verən hadisə ilə bağlı cümə günü açıqlama veriblər. Feniks polisi bildirib ki, mayın 14-də qadının qonşusundan məlumat daxil olub və qonşusu günlərdir ki, bu yaxınlarda uşaq dünyaya gətirən qonşusundan xəbər tutmayıb. Daha sonra polis qadının yaşadığı mənzilə gedib.
Phoenix Polis Departamentinin paylaşdığı bədən kamerası görüntülərində polis məmurlarının mənzilin kilidi açılmış pəncərəsinə baxdıqları görülüb. Bu zaman polislər yerdə uzanmış bir qadın görüblər.
Daha sonra mənzilə daxil olan polis əməkdaşları çarpayıda yatan, arıq və zəif görünən körpəni xilas ediblər. Kamera görüntülərində polislərdən birinin körpəni ehtiyatla uşaq arabasına yerləşdirməsi, daha sonra isə körpəni başqa bir polis əməkdaşına təhvil verməsi də görünür.
Polisin məlumatına görə, Phoenix Yanğınsöndürmə İdarəsinin əməkdaşları körpəni müalicə üçün xəstəxanaya aparıblar. Polis körpənin tam sağalmasının gözlənildiyini bildirib. Maricopa İlçe Tibbi Ekspertiza Bürosu ananın ölüm səbəbini araşdırır və ölü tapılan qadının adı açıqlanmır.
Şayəstə Hüseynova


















