"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“O, Azərbaycanda yaşasaydı Müdafiə Nazirliyində zabit olardı” – Asılmamış portret

20 Mart 2015 - 14:52
in XƏBƏR LENTİ
FacebookVatsap

Sərdar Cəlaloğlu: “Atatürk qanı sevsəydi heç vaxt islahatlar həyata keçirə bilməzdi”

Bunu da oxuyun

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

Masanın bir küncünü kompüter, o biri hissəsini səpələnmiş halda qəzetlər zəbt edib. Quran, Tövrat isə düz gözünün qabağındadır. Başının üzərində Rəsulzadənin portertini asıb. Arxasındakı rəflərdə toz gözə dəymir. Kürəyini yuxarı qaldırılmış elektrik sobası qızdırırdı. Stolunun üstünü çıxmaq şərtilə otağı o qədər də səliqəsiz deyil.
ADP sədri Sərdar Cəlaloğluyla partiyanın qərargahında görüşdük. Bir gün öncədən vədələşdiyimiz kimi onu “Asılmamış portret”də sınağa çəkdik. O, fırçayla Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şəklini çəkdi. Rəsm necə alındı? Rənglər qarışmadı? Gün işığı boyanı solğun hala sala bilər? Bu suallara bir azdan aydınlıq gələcək…
– Sərdar bəy, öncə Atatürkün portretini çəkin…
– Cümhuriyyətin əsasını qoyan, Türkiyə dövlətini quran şəxsiyyətdir. Türk cümhuriyyətçiliyi Atatürkün adıyla bağlıdır.
– Əgər rəssam olsaydınız onun həyatından hansı anları çıxarardınız?
– Atatürk hərtərəfli bir şəxsiyyətdir. Ömrünün böyük bir hissəsini döyüşlərdə keçirib. Osmanlı dövründə orduda olub, “Gənc türklər” hərəkatında iştirak edib, daha sonra Ali Baş Komandan seçilib. Atatürkün portretini bir şəkildə çəkmək düzgün deyil. Onun rəsmini iki hissəyə bölmək lazımdır. Biri tərəfi hərbi – general qiyafəsində, o biri hissəni isə siyasi xadim – sivil bir lider qismində çizmək olar. Portreti bu iki formanın vəhdətində verilməlidir. Bir əliylə silah tutubsa, o birisi siyasətçi kimi diqqət çəkməlidir. Adətən hərbidən siyasətə gələn adamlar çox da ciddi islahatlar apara bilmirlər. Şarl de Qoll Fransada, Pinoçet Çilidə, Franko İspaniyada heç bir şey edə bilmədi. Onlar tarixdə yalnız hərbi nailiyyətləriylə qaldılar. Çox maraqlıdır ki, hərbçi psixologiyaya malik Atatürk Türkiyənin ictimai-siyasi həyatında fundamental işlər gördü. Türk dilində, mədəniyyətində, dövlətçilikdə, orduda apardığı islahatlar onun universal təfəkkürə malik bir lider olduğunu göstərir. O dövr üçün bunları etmək çox çətin məsələ idi. Mənim üçün Atatürk Çingizxanla müqayisə edilə biləcək şəxsiyyətdir. Hər ikisi həm hərbçi olublar, həm də dövlətin əsasını qoyublar. Çingizxan monqol dövlətini, sonra isə imperiyasını yaratdı. Atatürk də həm hərbçi kimi Antantanın planlarından Türkiyəni xilas etdi, həm də cümhuriyyəti qura bildi.
– Sizcə, Atatürkün rəsmini çəkəndə onu iki qiyafədə vermək lazımdır…
– Mütləq. Onun rəsmini iki hissəyə bölərdim.
– Bəziləri Atatürkün şəxsi həyatını önə çəkərək onun portretində rənglərin qarışdığını deyir…
– Çox maraqlıdır ki, ailəylə bağlı dünyanın ən məşhur siyasi xadimlərinin taleyi oxşardır. Vyetnamın lideri Xo Şi Mindən niyə evlənmədiyini soruşurlar. O da cavab verir ki, “bütün Vyetnam körpələri mənim övladımdır”. Atatürk də neçə nəfəri övladlığa götürüb. Eləcə də Leninin uşağı  olmayıb. Hətta övladları olan bu cür liderlər onları heç kimdən fərqləndirməyiblər, əzizləməyiblər. Stalinin bir oğlu vardı, əsir düşüb, alman generalıyla dəyişdirilməsinə razı olmayıb, güllələyiblər. Siyasi liderlərin bioqrafiyasında bu cür anlar çoxdur. Əsas odur ki, şəxsi həyatla siyasi hakimiyyət bir-birinə qarışmasın, mane olmasın.
 
– Həyatda etdiyi xətalardan birinin evlənməsi olduğunu deyib...
– Ailə həyatı uğursuz olub. Siyasi liderlərin portretini cızarkən ortaya tərəzi qoymaq lazımdır. Tərəzinin bir gözünə onun xidmətləri, o biri gözünə şəxsi qüsurları yüklənməlidir. Əgər bir liderin xalqına, dövlətinə verdiyi faydası şəxsi həyatındakı xoşagəlməz hallardan min, hətta milyon dəfə çoxdursa, bu nöqsanları dilə gətirmək ləyaqətsizlik, alçaqlıqdır. “Atatürk niyə içirdi?”, “Nədən qadınlarla yüngül həyat keçirirdi?” – bu cür cılız şeylərlə onu kiçiltmək olmaz. Xidmətlərindən, Türkiyəni necə azad etməsindən danışmaq lazımdır. Böyük liderlər o kəslərdir ki, düşmənləri, rəqibləri də qəbul edir. Necə ki, Atatürkün şəxsiyyətini nə o dövrdə, nə də indi danmaq mümkündür. Lider o kəsdir ki, bir günü, on günü deyil, 50-60 il öncəni görə bilir. Atatürk belə şəxsiyyət olub.
– Siz düşünürsüz ki, siyasətçinin özəl həyatı onun siyasi fəaliyyətiylə ölçülməməli, bir araya gətirilməməlidir…
 
– Bəli. Sosioloq Veber siyasətçiyə üç prinsip müəyyənləşdirib. Onlardan biri göz ölçüsüdür. Yəni, siyasətçi özüylə icra etdiyi vəzifəni görə bilməlidir. Atatürk içirdi, çəkirdi, qadınlarla əylənirdi – bunu tərəzinin bir gözünə qoyaq, o birisinə də türk dövlətinin tarixində misilsiz töhfələrini, cümhuriyyətin quruculuğundan tutmuş başqa ictimai xidmətlərini qoyaq, hansı ağır gələcək? Düzdür, qadınların əliylə dünyada məhv olan çoxlu çarlar, imperatorlar, dövlət xadimləri olub. Ancaq bunun Atatürkə nə aidiyyəti var? O, şəxsi həyatını siyasi fəaliyyətindən ayıra bilən insan idi. Evindəki problemləri prezident kürsüsündə olduğu zaman görsənməyib, heç bir problem yaratmayıb. Baryeri saxlaya bilib. Heç kim deyə bilməz ki, o hansısa qadınla yaxınlıq etdi və buna görə ona ev aldı, vəzifə verdi, karyera yüksəlişinə şərait yaratdı. Özəl həyat o zaman önə çıxa bilər ki, həmin şəxs öz postundan, vəzifəsindən sui-istifadə etsin. Siyasi şəxsiyyətlə fərdi Atatürkü eyniləşdirmək olmaz.

“Atatürkün böyüklüyü onda idi ki, düşməni təhqir etmirdi, əksinə təsəlli verir, ləyaqətli qalmasına çalışırdı”

– Baxmayaraq ki, Atatürk Türkiyə Cümhuriyyətinin qurucusudur, onu sevməyənlər də az deyil. Kommunizmdən imtinasının səhv addım olduğunu deyənlər də var… 
– Bu cür tarixi şəxsiyyətlərə qiymət verərkən mütləq həmin zamana enməliyik. Atatürkün qəbul etdiyi bütün qərarlar həmin dövrün tələblərinə cavab verən ən idealı, ən dəqiqi, ən yaxşısı olub. O, qərbləşmədən, eyni zamanda ənənəvi, orta əsrlərdəki sxolastik islamdan, kommunist hərəkatından imtina etdi, ancaq solçuluğu inkişafına təkan verdi. Cümhuriyyət Partiyasi nə kommunist, nə də sağ yönümlü idi. Atatürkün zamanında Türkiyə nə islam dövləti, nə də klassik Avropa ölkəsi oldu. İslamı əvvəlki vəziyyətində saxlasaydı, dövlət inkişaf edə bilməyəcəkdi, əksinə, Qərbin yeminə çevriləcəkdi. O zaman Türkiyə başdan-başa təkyələrdən ibarət idi. Hər bir din xadiminin özünün camaatı vardı. Elm yox idi, hər yerdə səfalət, cəhalət hökm sürürdü. Axı islam olan yerdə bunlar olmamalıdır.
Atatürk sənayeləşmənin əsasını qoydu, ilk dəfə Türkiyənin aqrar sektorunu yeni müstəviyə qaldırdı. Kəndliləri vergilərdən azad etdi, torpağın düzgün bölüşdürülməsiylə bağlı çox ciddi islahatlar həyata keçirdi.
– Atatürkü tənqid hədəfinə gətirən nüanslardan biri də Osmanlı imperiyasının ərazisindən qat-qat kiçik bir yerdə Türkiyə Cümhuriyyətinin qurmasıdır.
– İngiltərə, Rusiya, İspaniya, Fransa, Portuqaliya imperiyalarının əraziləri indi həmin dövlətlərdədir? Yox. Müəyyən bir dövrdən sonra imperiyalar yerini milli dövlətlərə verdilər. Atatürkə hər tərəfdən hücum vardı, Türkiyəni param-parça etmək istəyirdilər. Osmanlı ərazisində yaşayan türkləri 6 rayona yığıb qalan əraziləri bölüşdürmək planı vardı. Bunun qarşısını Atatürk ala bildi. Üstəlik, o biri imperiyalardan fərqli olaraq daha böyük bir ərazidə Türkiyə Cümhuriyyətini qurmağı bacardı.
Bir daha təkrar edirəm, siyasi şəxsiyyətləri müzakirə edəndə o dövrün tarixinə diqqət yetirmək lazımdır. İndiki zamana gətirmək düzgün deyil. Türkiyə Cümhuriyyəti qurulanda Avropa Birliyi, Avropa Şurası, BMT yox idi ki, kimdənsə kömək umasan. O dövrdə bütün türkdilli ölkələrin vəziyyəti yaxşı deyildi.
– Atatürkün fikrincə, “Zəfər “zəfər mənimdir” deyəndə əldə olunur”. Sərdar Cəlaloğlu necə düşünür? 
– Atatürk bunu o mənada deyib ki, hər bir adamın zəfərin əldə olunmasında öz çəkisini, payını dərk etməlidir. “Qələbəni mənsiz də əldə edəcəklər, qaçım gizlənim” düşüncəsiylə yanaşanda qalib gəlmirsən, əksinə, məğlub olursan. “Mənsiz zəfər olmayacaq” fikri hamının içini tərpədəndə qələbə əldə edilir.
– Atatürk hərbçi olsa da, döyüşlərdə iştirak etsə də, savaş meydanı xaricində qan görəndə halı pisləşirmiş…
– Atatürk qanı sevsəydi heç vaxt islahatlar həyata keçirə bilməzdi. Əksinə, repressiyalar, terrorlar edər, kütləvi qırğınlar törədərdi. O humanist bir insan idi. İslahatçı adamlar humanizmi, insanlığı sevir. Atatürkün böyüklüyü də bunda idi. Baxmayaraq ki, o hərbçi olmuşdu, ancaq hər dəfə qan görəndə narahat olurdu. Öz xalqını sevirdisə, eyni zamanda düşmənin də ləyaqətini qorumağı bacarırdı. Müharibələrin birində yerə düşən, tapdalanan yunan bayrağını qaldırır və türk əsgərinə deyir ki, “bayraq hər bir xalqın şərəfidir, düşmən məğlub olsa da bunu yerə atmaq olmaz”. Başqa bir misal deyim. Döyüşdə məğlub olan yunan generallarıyla masa arxasında əyləşəndə görür ki, onlar utandıqlarından başını aşağa salıblar. Atatürk “bəzən gücsüzlər də qalib gəlir”, – deyir. Yəni, siz güclüsünüz və biz təsadüfən qalib gəlmişik. Böyüklüyü onda idi ki, təhqir etmirdi, əksinə, təsəlli verir, düşmənin də ləyaqətli qalmasına çalışırdı. Çünki sənin rəqibin necədirsə, səndə o cür adamsan. Atatürk böyük şəxsiyyət olduğu üçün düşmənləri də kiçiltmirdi.
– Atatürk bu gün Azərbaycanda yaşasaydı hansı nailiyyətlərə sahib olardı? Məsələn, Qarabağı azad edə bilərdi?
 
– Tarixi şərtlər yetişməsə heç kim lider ola bilməz. Yalnız tarixi şərtlər yetişəndə də o adamlar önə çıxır ki, buna uyğun keyfiyyətləri var. Bu gün Atatürk kimi bir şəxsiyyətin meydana çıxmasında tarixi şərtlər yoxdu. O, Azərbaycanda yaşasaydı, indiki şərtlər altında adi vətəndaş, ya da Müdafiə Nazirliyində çalışan zabitlərdən biri olardı.
– Başınızın üzərində Rəsulzadənin portreti var. Kimsə rəsmini çizdiyiniz Atatürkün şəklini sizə hədiyyə etsə onu otağınızdan asarsız?
– Biz Rəsulzadənin də, Əmir Teymurun da, Sultan Süleymanın da, Atatürkün də və başqa türk dövlət başçılarının portretlərini başımızın üzərində asmalıyıq. Onlar bizim mənəvi sərvətimizdir.
Ramin DEKO






Previous Post

“O, Azərbaycanda yaşasaydı Müdafiə Nazirliyində zabit olardı” – Asılmamış portret

Next Post

Merkel Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırdı

Bənzər yazılar

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51

Bu gün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan-Çexiya gənclərinin birgə təşəbbüsləri” adlı layihəsi çərçivəsində Çex...

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

26 Sentyabr 2026 - 12:07

Vətəndaş Həmrəyliyi Partiyası 27 Sentyabr- Anım Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin şərəf və mübarizlik...

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

25 Sentyabr 2026 - 23:28

Konqo Demokratik Respublikasında hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər, o cümlədən ordunun 3 zabiti ölüb. Elchi.az "Reuters" agentliyinə istinadən...

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

25 Sentyabr 2026 - 23:27

Yeni tənəffüs patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə oluna biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər. Elchi.az xəbər verir...

Next Post

Merkel Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırdı

Merkel Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırdı

Son xəbərlər

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

26 Sentyabr 2026 - 16:19
Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb – VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb – VİDEO

26 Sentyabr 2026 - 15:58
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

26 Sentyabr 2026 - 15:40
Əliyev Yeltsinlə niyə görüşmüşdü? – Vaşinqtonda verilən cavab və BMT-nin xilası

Əliyev Yeltsinlə niyə görüşmüşdü? – Vaşinqtonda verilən cavab və BMT-nin xilası

26 Sentyabr 2026 - 15:02
Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

26 Sentyabr 2026 - 13:49
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

26 Sentyabr 2026 - 13:33
“Formula 2”də ikinci əsas yarışın qalibləri mükafatlandırılıb

“Formula 2”də ikinci əsas yarışın qalibləri mükafatlandırılıb

26 Sentyabr 2026 - 13:13
Bakı ərazisində vulkan püskürüb

Bakı ərazisində vulkan püskürüb

26 Sentyabr 2026 - 13:00
Anım gününün hava proqnozu açıqlanıb

Anım gününün hava proqnozu açıqlanıb

26 Sentyabr 2026 - 12:47
Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

26 Sentyabr 2026 - 12:22
27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

26 Sentyabr 2026 - 12:07
FIFA-dan “Fənərbağça”ya ağır cəza: 3 transfer dövrü qadağa

FIFA-dan “Fənərbağça”ya ağır cəza: 3 transfer dövrü qadağa

26 Sentyabr 2026 - 11:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.