"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Nə xilafət deyilik, nə imamət…”

01 Fevral 2022 - 20:07
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: ““Dini etiqad azadlığı” haqqında Qanuna dəyişikliklərin dövlətimizin təhlükəsizliyi və digər ali məqsədlər naminə təklif edilməsinin bəyan olunması da nonsesdir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Xalqcebhesi.az saytına müsahibəsini oxucularımıza təqdim edirik

Bunu da oxuyun

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” – Qüdrət Həsənquliyev

Rutte İspaniya və Portuqaliyanı TƏNDİQ ETDİ

– Qüdrət bəy, “Dini etiqad azadlığı” haqqında Qanuna dəyişikliklərlə bağlı çıxış etməyə israr etsəniz də Sizə imkan yaradılmadı. Bu məsələ ilə bağlı fikirlərinizi bölüşmənizi istərdik.

– Bəli, çıxış üçün imkan yaradılmadı, yerdən söyləsəm də ki, müzakirə olunan layihə Konstitusiyaya açıq şəkildə ziddir və bu məsələ ilə əlaqədar çıxış edib düzəlişləri alqışlayanlardan fərqli fikir söyləmək istəyirəm, çox təəssüf ki, söz verilmədi. Milli Məclisin Daxili Nizamnaməsinin 13-cü maddəsinə görə müzakirələrdə çıxış etmək üçün israr edən deputatlara iclasa sədrlik edən tərəfindən söz verilməlidir. İnanmaq istəyirəm, Sədr günün ikinci yarısı Baltikyanı ölkələrə rəsmi səfərə getməsi səbəbindən vaxt qıtlığına görə söz vermədi. Başqa hallarda həmişə partiya sədrlərinə söz verib. Bu məsələdə də bunu edə bilərdi, nə isə… Ümid edirəm, ikinci oxunuşda çıxış etməyə imkan yaradarlar. Məsələnin mahiyyətinə gəldikdə, Konstitusiyamızın 18-ci maddəsinə görə, Azərbaycanda din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda Konstitusiyanın “Birləşmək hüququ” adlanan 58-ci maddəsinə görə, hər kəsin başqaları ilə birləşmək hüququ var. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 2-ci maddəsində ictimai birlik anlayışı aşağıdakı kimi verilir:

“İctimai birlik-təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır”.

“Dini etiqad azadlığı” haqqında Qanunun 8-ci maddəsinə təklif edilən dəyişikliyə görə islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunur. Baxmayaraq ki, Qanunun 5-ci maddəsində deyilir ki, dövlət dini qurumların işinə qarışmır. Qanunun 11.2.3-cü maddəsinə əsasən dini qurumun idarə olunması qaydası onun nizamnaməsi ilə müəyyən olunur. Bu necə dini qurumların işinə qarışmamaqdır ki, onun rəhbərini dövlət təyin edir. Göründüyü kimi, qanunla ictimai birliyin ÖZÜNÜİDARƏ hüququ Konstitusiya və qanunlarla tanınsa da və dinin dövlətdən ayrı olmasına dair KONSTİTUSİYADA düzünə göstəriş olsa da buna əhəmiyyət verilmir və düzəlişə əsasən, dövlət dini qurumlara rəhbər təyin edəcək. Qanunun 7-ci maddəsinə görə, “Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandırır”. Deməli, hökumət rəhbər təyin etmirsə dini icma fəaliyyətini dayandırmalıdır. Bu hansı dərəcədə sivil dünyanın yaşam prinsiplərinə və məntiqə sığır?! Həm də yuxarıda qeyd etdiyim Konstitusiya norması ilə bütün dini etiqadlar bərabər elan olunsa da, təklif olunan yeni qaydalar yalnız islam dininə aid edilir. Həmçinin Qanunun 9-cu maddəsində qeyd olunmasına baxmayaraq ki, “Azərbaycan Respublikasında islam dini qurumları öz tarixi islam dini mərkəzində-Qafqaz Müsəlmanları İdarəsində birləşirlər”, dini icma nizamnamələrinin dini mərkəzin nizamnaməsinə uyğun olmasına dair Qanunun 11.3-cü maddəsinin tələbi də aradan qaldırılır.

Dəyişiklikləri, əslində konstitusiya pozuntusunu, müdafiə edən bəzi şəxslər, təəssüf ki, hətta onların arasında hüquqşünaslar da var, başqa ölkələri, xüsusilə Türkiyəni nümunə çəkirlər, bu zaman Azərbaycan Respublikası ərazisində beynəlxalq hüquq normalarından da üstün hüquqi qüvvəyə malik ölkəmizin Konstitusiyasına əhəmiyyət vermirlər. Onu da nəzərə almırlar ki, biz Şərqdə ilk dünyəvi dövlət qurmağımızla hər zaman öyünmüşük, nə xilafət deyilik, nə imamət. Dəyişikliklərin dövlətimizin təhlükəsizliyi və digər ali məqsədlər naminə təklif edilməsinin bəyan olunması da nonsesdir. Bu məntiqlə və arqumentlərlə partiya sədrlərini də, QHT və medua rəhbərlərini də həmin qurumlarla işləyən dövlət orqanları təyin etməlidir. Konstitusiyanı heç bir halda pozmaq olmaz. Konstitusiyanın pozulması və dünyəvi dövlətçilik prinsiplərindən sapma vətəndaşlarımızın və ölkəmizin gələcəyi üçün daha ciddi təhlükələr vəd edir.

Previous Post

“Nə xilafət deyilik, nə imamət…”

Next Post

Azərbaycan neftinin qiyməti yenidən 95 dollara yaxınlaşıb

Bənzər yazılar

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

11 Noyabr 2026 - 16:00

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Avropa Rusiyanın təhlükəsizlik narahatlığına qulaq asmamalıdır. Elchi.az xəbər verir ki, Kallas bu barədə...

“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” – Qüdrət Həsənquliyev

“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” – Qüdrət Həsənquliyev

11 Noyabr 2026 - 15:44

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və...

Rutte İspaniya və Portuqaliyanı TƏNDİQ ETDİ

Rutte İspaniya və Portuqaliyanı TƏNDİQ ETDİ

11 Noyabr 2026 - 14:00

NATO-nun baş katibi Mark Rutte İspaniya və Portuqaliyanı Rusiyanın guya Avropa İttifaqı (Aİ) və alyans üçün yaratdığı təhlükəni lazımi səviyyədə...

Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev

Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev

11 Noyabr 2026 - 13:48

Ehtiyatda olan hərbçilərə mənzil əvəzinə pul kompensasiyasının verilməsi, hakimlərin və hüquq-mühafizə orqanları əməkdaşlarının maaşlarının artırılması təklif olunub. Elchi.az xəbər verir...

Next Post
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti yenidən 95 dollara yaxınlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti yenidən 95 dollara yaxınlaşıb

Son xəbərlər

İspaniyada qasırğa və yağış səbəbindən yüksək təhlükə elan olunub

İspaniyada qasırğa və yağış səbəbindən yüksək təhlükə elan olunub

11 Noyabr 2026 - 18:25
NATO İraq və Kosovodakı missiyalarını bağlaya bilər

NATO İraq və Kosovodakı missiyalarını bağlaya bilər

11 Noyabr 2026 - 17:58
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

11 Noyabr 2026 - 17:45
Dirk Kuyt “Fənərbağça”dan getdi

Dirk Kuyt “Fənərbağça”dan getdi

11 Noyabr 2026 - 17:36
Dünya bazarında ət ucuzlaşıb

Dünya bazarında ət ucuzlaşıb

11 Noyabr 2026 - 17:24
Meloni məktəblərə yönələn təhdidlər səbəbindən təcili iclas çağırdı

Meloni məktəblərə yönələn təhdidlər səbəbindən təcili iclas çağırdı

11 Noyabr 2026 - 17:12
COP31-də “Ölümcül Miras” sənədli filmi nümayiş olunub – FOTO

COP31-də “Ölümcül Miras” sənədli filmi nümayiş olunub – FOTO

11 Noyabr 2026 - 17:05
Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başladı

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başladı

11 Noyabr 2026 - 16:56
Məşhur Formula-1 pilotu saçlarını İtaliya bayrağının rənglərinə boyatdı

Məşhur Formula-1 pilotu saçlarını İtaliya bayrağının rənglərinə boyatdı

11 Noyabr 2026 - 16:49
Uitkoff və Kuşner Moskvada Putinlə görüşəcəklər

Uitkoff və Kuşner Moskvada Putinlə görüşəcəklər

11 Noyabr 2026 - 16:35
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

11 Noyabr 2026 - 16:28
Dünyada ərzaq bahalaşıb

Dünyada ərzaq bahalaşıb

11 Noyabr 2026 - 16:16
Dövlət Əmək Müfəttişliyi: İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib

Dövlət Əmək Müfəttişliyi: İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib

11 Noyabr 2026 - 16:08
Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

11 Noyabr 2026 - 16:00
Trampın vida məktubu dərc olunub

Trampın vida məktubu dərc olunub

11 Noyabr 2026 - 15:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.