Elchi.az xəbər verir ki,“TRT Haber”in məlumatına görə ABŞ fərdi silahlanma ilə mübarizə aparmağa çalışır.Nyu York əyalətində başladılan kampaniyada silahlarını təhvil verənlərə 500 dollarlıq hədiyyə sertifikatı verilir.
Kampaniya başlayandan indiyədək 3000-dən çox silah çatdırılıb.
Nyu-York ştatında fərdi silahlanmaya qarşı mübarizə kampaniyası başladılıb.
Silahını gətirən şəxs 500 dollarlıq hədiyyə sertifikatı aldığı halda, birdən çox silah üçün əlavə olaraq 150 dollarlıq hədiyyə sertifikatı verilir.
ABŞ silah zorakılığının məngənəsində
Bütün ştatda odlu silahlar üçün doqquz geri çağırış məntəqəsi yaradılıb. Kampaniya başlayandan indiyədək 3000-dən çox silah çatdırılıb.
Nyu-Yorkun baş prokuroru Letitia Ceymsin rəhbərlik etdiyi kampaniya çərçivəsində 3000-dən çox silahın çatdırıldığı açıqlanıb.
Açıqlamaya görə, təhvil verilən silahların əksəriyyəti ştatdan kənardandır.
Nyu-York polisində də silah başına 200 dollar ödənən ayrı bir geri alım proqramı vardır.
ABŞ Silah Zorakılığı Arxivinin məlumatlarına görə, bu il ölkədə təxminən 6 min insan silahlı hücumlarda həyatını itirib.
Nuranə Məmmədova