“Rusiya hücum əməliyyatlarını müdafiə olunmaq səviyyəsinə qədər məhdudlaşdırıb, əməliyyatları tam dayandırmayıb”.
Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında bildirib:
“Rusiya tez-tez eskalasiyanı əlavə motivlərlə gücləndirir. Rusiyanın nüvə hədələrinin yedəyindəki eskalasiya risklərinin (“referendumlar”da daxil olmaqla) perspektiv miqyası Qərbə bəlli deyil.
Qeyri-müəyyənlik Qərbdəki nüvə dövlətləri – ABŞ və Britaniyanın səylərini birləşdirib Rusiyaya qarşı anti-zərbələr planlarını masaya yatırır.
Fransanın güclü nüvə arsenalı olsa da, o, ofsaydda qalacaq.
Rusiyanın taktikaları ABŞ və müttəfiqlərinin davranışında dəyişikliyə nail olmaq cəhdləridir.
Amma Moskvanın çəkindirmə siyasəti ABŞ və Britaniyanın da kontur tədbirlərini gücləndirir, qısası tərəflər nüvə müharibəsindən qorxsalar da, son zərurət halında nüvə silahının istifadəsi zərurətə çevriləcək”.
Yeganə