ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland yaxın həftələrdə vəzifəsini tərk edəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken bildirib.
“Viktoriya Nuland mənə yaxın həftələrdə dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsini tərk etmək niyyətində olduğunu bildirdi” – deyə bilinken bildirib.
Blinken öz açıqlamasında onu da açıqlayıb ki, Viktoriya Nulandın vəzifədən getdikdən sonra vəzifələri müvəqqəti olaraq dövlət katibinin müavini Con Bass tərəfindən yerinə yetiriləcək.
Qeyd edək ki, Nuland daha əvvəl bəyan etmişdi ki, Rusiya ABŞ-ı Qərb yönümlü tərəfdaş kimi görmək istəyən ABŞ-ın gözləntilərini doğrultmur.
Havar Şəfiyeva