Norveç 2024-cü ildə Ukraynaya yardımı 635,5 milyon dollar artıracaq, il üçün ümumi məbləğ 2 milyard dollar olacaq.
Elchi.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Jonas Qahr Store Kiyevə dəstək verməyə həsr olunmuş mətbuat konfransında bildirib.
O, bu qərarın Avropa və Norveçdə təhlükəsizlik və sabitlik naminə verildiyini izah edib.
Stere əlavə edib ki, yeni məbləğin 545 milyon dolları hərbi ehtiyaclara xərclənəcək. Qalan vəsait mülki proqrama gedəcək. Norveç Xarici İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ildə Norveç Ukraynaya 800 milyon dollar yardım edib ki, bunun da 463 milyon dolları hərbi yardım olub.
Nuranə Məmmədova