Norveç Sərvət Fondu İspaniyanın bərpa olunan enerji bazarına DAXİL OLUR

37

Norveç Sərvət Fondunu idarə edən “Norges Bank” İspaniyanın Iberdrola firmasının ölkədəki bərpa olunan enerji portfelinin 49 faizini alıb.

Elchi.az xarici mediaya istinadən bildirir ki, bankdan verilən açıqlamada qeyd olunub ki, sözügedən portfel 1,3 giqavat quraşdırılmış günəş elektrik stansiyaları və quruda yerləşən külək elektrik stansiyalarından ibarətdir.

Müqavilənin dünən imzalandığı qeyd edilən açıqlamada müqavilənin bu ilin birinci rübündə tamamlanacağı vurğulanıb.

“Norges Bank” İspaniyanın Iberdrola firmasının ölkənin bərpa olunan enerji portfelinin 49 faizini satın aldığını və bunun üçün ona 600 milyon avro ödəniləcəyini bildirib.

Açıqlamaya görə, İspaniyanın enerji şirkəti Iberdrola öz portfelinin operatoru olmağa davam edəcək. Həmçinin qeyd olunub ki, sözügedən günəş və külək elektrik stansiyaları İspaniyada 700 min ev təsərrüfatının elektrik istehlakına bərabər istehsal gücünə malikdir.

Yeganə