Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasının ev sahibliyi etdiyi Üçüncü Kəmər və Yol Forumunda iştirak edir.
Elchi.az xəbər verir ki, bu barədə mərkəzdən məlumat verilib.
Pekində iki gün davam edəcək forumda 130 ölkə və 30 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir.
Mərkəzin üzvləri – sabiq prezidentlər – Boris Tadiç (Serbiya), İvo Yosipoviç (Xorvatiya), Mladen İvaniç (Bosniya və Herseqovina), Borut Pahor (Sloveniya), Rosen Plevneliyev (Bolqarıstan), həmsədr İsmayıl Serageldin, BMT Baş Assambleyasının (BA) eks-prezidenti, Ekvadorun sabiq xarici işlər naziri Maria Fernanda Espinosa, mərkəzin baş katibi ilə qatılaraq müxtəlif panel müzakirələrdə çıxışlar edəcəklər.
Oktyabrın 17-18-də Pekində keçiriləcək konfrans Çin Xalq Respublikası Sədrinin təşəbbüsü ilə yaradılan “Bir kəmər və tol” Təşəbbüsünün (BRI) 10-cu ildönümünü qeyd edir.
Çin 150-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatla “Bir kəmər, bir yol” əməkdaşlıq sənədləri imzalayıb.
Avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb
Yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan...





















Son şərhlər