“Xədicə İsmayılova özünü radikal müxalifətin “ana”sı kimi aparır”. Bunu sia-ya Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, Xədicə İsmayılova 20 ildir ki, Əli Kərimlinin təbliğat işləri ilə məşğul olan və “Yurd” birliyinin əsas “aparıcı” jurnalistlərindən biridir: “Xədicə İsmayılova “Azadlıq” radiosundan istifadə edib hər zaman Əli Kərimlinin qanunsuz təbliğatı ilə məşğul olur. Xədicə İsmayılovanın Əli Kərimlinin müavinlərini ittiham etmək səlahiyyətini ona Əli Kərimli verib. O, özünü artıq elə bir statusda görür ki, sanki, radikal müxalifətin “anası”dır. Bu adam artıq şizofreniya xəstəliyinə tutulub. Bundan başqa bu adama nə demək olar?!”
Qeyd edək ki, son zamanlar Xədicə İsmayılova AXCP sədri Əli Kərimlinin müavinlərini cəsarətsizlikdə ittiham etməyə başlayıb.