"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Niyə məhz Paris…

14 Yanvar 2015 - 09:16
in GÜNDƏM
FacebookVatsap

“Charlie Hebdo”da qətliam törədilən gün İraqda, Yəməndə və Suriyada da terror aktları olub və üst-üstə yüzədək adam həlak olub, img1722482amma bütün dünya Fransadakı 17 ölü haqda danışdı…

Bunu da oxuyun

Dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

Olland dünya liderlərini başına toplamaqla bundan sonrakı addımlarına izn aldı

Fransada törədilən terror aktları, dünya liderlərinin Paris küçələrində zorakılığa qarşı birləşərək terror təşkilatlarına cavab olaraq boy göstərməsi 2015-ci ildə dünya düzənində yeni bir prosesin başladığından xəbər verir. İfrat dinçi dairələr Paris hadisələrinin dünyada anti-İslam hərəkatını alovlandıracağını, Avropa və Amerika isə Paris hadisələrinin digər terror təşkilatlarını “ruhlandıracağını”, digər dövlətlərdə də yeni hücumlar təşkil edəcəyini proqnozlaşdırırlar.
Parisdəki nümayişdə uzun illərdi bir-birilərini terrorda günahlandıran Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla İsrailin baş naziri Netanyahunun bir cərgədə addımlamasına baxmayaraq, Parisin partladılması, eyni adlı məşhur Azərbaycan filmində deyildiyi kimi günahsız adamların başında çartlaya bilər. Fransanın “qara yanvarından” dünya üçün nə doğacağı hələ ki sirr olaraq qalır: ikinci Əfqanıstan, üçüncü İraq müharibəsimi və ya Suriya diktatoru Bəşər Əsədin çoxdan edamını gözləyən başımı…
“Bəs niyə məhz terror hədəfi kimi Fransa seçilib” sualı indi daha aktualdır. Çünki indindən sonra baş verə biləcək bütün sualların açar cavabı da burdadır. Nədir səbəb? Yalnız Fransanın antiterror koalisiyasındakı barışmaz mövqeyimi?
Bəlkə terrorçular məhz mədəni Avropanın göbəyi Parisi hədəf seçməklə bütün dünyaya meydan oxumaq istəyiblər? Bəs Fransa Senatının dekabr ayında Fələstini dövlət olaraq tanınmasını əks etdirən qərar layihəsini qəbul etməsi şiələri kafir hesab edən İŞİD-i qıcıqlandıra bilərdimi? Daha bir maraqlı fakt da var: İŞİD-in üstələndiyi terror aktından bir neçə saat əvvəl Fransa Müdafiə Nazirliyi Fars körfəzinə özünün təyyarə daşıyan gəmilərini məhz “İslam Dövləti”nə  qarşı göndərəcəyini açıqlamışdı! Qəribədir, terrorçuların “Charlie Hebdo”nu hədəf seçən gün İraqda, Yəməndə və Suriyada da terror aktları olub və üst-üstə yüzədək adam həlak olub. Amma bütün dünya Parisdəki 17 ölü haqda danışdı… Demək, terrorçular nə düşünmüşdülərsə, doğurduğu reaksiya ondan daha artıq oldu…
***
Təqribən üç ay əvvəl İŞİD-ə qarşı 40-a yaxın ölkənin dəstəyi ilə formalaşdırılan koalisiya üçün görüş yeri kimi Paris seçilmişdi. Həmin görüşdə iştirak edənlərin tən yarısı yanvarın 11-də Parisə gəlmişdilər yenə. Bu dəfə Fransa xalqına başsağlığı vermək üçün…Yeri gəlmişkən, Türkiyə o toplantıya soyuq yanaşdı, hansısa arqumentlərlə antiİŞİD koalisiyasına əsgəri deyil, sosial dəstək verəcəyini vəd etdi. Türkiyənin bu hərəkətinin cavabını Fransa prezidenti Fransua Olland Parisdəki dəstək nümayişində çox qaba formada Əhməd Davudoğluna münasibətdə göstərdi. Hamını bağrına basan Olland Davudoğlunun salamını belə zorla aldı…
Niyə Fransanın hədəf seçilməsi barədə ATV kanalının şərhinə diqqət yetirək: “Fransanın Daxili İşlər Nazirliyinin 2 il əvvəl yaydığı statistik məlumat diqqət çəkir. Fransada hər il 4 min insan dinini dəyişdirərək İslamı qəbul edir. Ölkədə dini və etnik zəmində statistik say hesabatı aparılması qanuni olmadığı üçün müsəlman əhalinin sayını sadəcə təxmin edə bilərik: minimum 6-7 milyon civarında…Ölkədə terrorla mübarizə dəstələrinin 20 gün əvvələ qədər Paris, Normandiya və Tuluzada İŞİD-ə qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyatda ortaya çıxan məlumat da maraqlıdır. Fransanın rəsmi dairələri, ölkədən təqribən min nəfərədək insanın İŞİD sıralarına qoşulduğunu, bunların təqribən yarısının isə münaqişə bölgəsində olduğunu, İŞİD-ə qatılanların neçəsinin sonradan müsəlman olan fransızlardan ibarət olmasını təxmin edirlər. 2014-cü ilin noyabr ayında İŞİD tərəfindən yayımlanan iki videoda isə fransız olduğu ehtimal edilən və əlində ”Kalaşnikov” avtomatı tutan bir İŞİD üzvünün, Fransaya hücum çağırışı etdiyi, ikinci videoda müsəlman olduğunu söyləyən bir başqa militanın bənzər bir çağırış etdiyi görünür.
Videoların yayımlanmasından əvvəl Fransa 19 sentyabrda İŞİD-ə qarşı ilk hava hücumu gerçəkləşdirmişdi. Bu videoların ardınca fransız polisi həyəcan siqnalı verdi. Hətta cəmiyyət arasında baş qaldıran qorxu və çaşqınlığı aradan qaldırmaq üçün Fransanın daxili işlər naziri Bernard Cazeneuve mətbuata açıqlama verərək sivillərə yönəlik təhdidin Fransanın İŞİD-ə qarşı mübarizəsində haqlı olduqlarını göstərdiyini bildirdi: “Lakin Fransa qorxmur. Çünki bu təhdidlərə qarşı hər zaman hazırlıqlıydı, indi də hazırdır”. Amma yanvarın 7-də baş verən terror, deyəsən, bunun belə olmadığını ortaya qoydu” deyə, yerli telekanalın şərhində bildirilir.
***
Fransanın müsəlman dünyası ilə savaşda həmişə öncüllərdən biri kimi seçilməsi də onu terrorçuların hədəfinə çevirə bilərdi. “Ərəb baharı”nın başladığı Tunis və Misirlə yanaşı Liviyada (2011-ci ilin oktyabrında), bunun ardınca Kuaşi qardaşlarının təlimat aldığı Yəməndə hakimiyyət inqilabçı qüvvələrin-müxalifətin əlinə keçdi. Liviyada 42 il hakimiyyətdə olan Müəmmar Qəddafi Fransa iqtidarının ən yaxın dostlarında idi. Amma Qəddafinin “qələmi qırılandan” sonra Benqazidə toplanmış silahlı müxalifətə ilk dəstəyi Fransa verdi və Liviyanın bombalamasında da ilk havaya qalxan bu ölkənin qırıcıları oldu. Fransa Liviya müharibəsində anti-Qəddafi koalisiyasında çox fəal oldu və bu hələ də əlinə böyük maliyyəsi olan Qəddafi əşirətini ciddi narazı saldı. Şübhə yoxdur ki, Paris terrorçular əlində girinc olanda sevinənlər sırasında Liviyanın, Misirin, Yəmənin devrilmiş hakimiyyət nümayəndələri, eləcə də Bəşər Əsəd rejiminə qarşı sərt mövqe sərgiləyən Suriya hakimiyyəti də vardı…
Fransa Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan qüvvələri-Suriya Milli Koalisiyasını qanuni hökumət kimi tanıyan ilk ölkədir həm də… Fransa prezidenti Fransua Olland ötən il bir neçə dəfə açıq şəkildə NATO-dan Dəməşq rejiminə qarşı qəti və məqsədyönlü addımların atılmasını istəməsini də unutmayaq. Böyük Britaniya parlamenti Suriyaya qarşı əməliyyatlarda iştirak etməkdən imtina etməsi ilə bağlı qərar verərkən, Fransa prezidenti bütün əməliyyatın məsuliyyətini üzərinə götürməyə hazır olduqlarını bəyan etmişdi.
Dekabrın 3-də Fransa prezidenti Fransua Ollandla İraqın baş naziri Heydər əl-Abadinin Yelisey sarayında görüşdən sonra İŞİD döyüşçüləri ilə mübarizədə hərbi dəstəyini gücləndirməyə hazır olduğunu bildirmişdi…
Beləliklə, xoruz kimi hamının küməsinə girməyə adət etmiş Fransa öz “evində vuruldu”. Bundan sonra Fransa ya intiqamını almalı, ya da xüsusən müsəlmanlar üçün çox aqressiv görünən xarici siyasətində korrektələr etməlidir. Olland dünya liderlərini başına toplamaqla bundan sonrakı addımlarına izn aldı…(Musavat.com)
Previous Post

Niyə məhz Paris…

Next Post

İbrahimoviç və 500 kq-lıq sığın

Bənzər yazılar

Dağ-mədən və metallurgiyada  böyük inkişaf hədəfləri

Dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri

23 Sentyabr 2026 - 17:06

İqtisadi qüdrətini möhkəmləndirən ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoyur. Avropanın enerji təminatında böyük pay sahibi olan Azərbaycan regionda iqtisadi imkanlarını...

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

23 Sentyabr 2026 - 14:43

Azərbaycanlı və erməni ekspertlərin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. Elchi.az apa-ya istinadla xəbər...

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

23 Sentyabr 2026 - 13:42

Ötən il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 14 min xarici turist Bakıya gəlib. Elchi.az xəbər verir ki,...

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

22 Sentyabr 2026 - 18:13

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melaniya...

Next Post

İbrahimoviç və 500 kq-lıq sığın

İbrahimoviç və 500 kq-lıq sığın

Son xəbərlər

Biləsuvarda 17 kq narkotik aşkarlanıb

Biləsuvarda 17 kq narkotik aşkarlanıb

24 Sentyabr 2026 - 14:07
Azərbaycanda 4 qız qaçırılıb

Azərbaycanda 4 qız qaçırılıb

24 Sentyabr 2026 - 13:13
Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb – VİDEO

Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb – VİDEO

24 Sentyabr 2026 - 12:52
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

24 Sentyabr 2026 - 12:43
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

24 Sentyabr 2026 - 12:30
Kriştianu Ronaldudan karyerasının sonu ilə bağlı açıqlama

Kriştianu Ronaldudan karyerasının sonu ilə bağlı açıqlama

24 Sentyabr 2026 - 12:21
Gürcüstanda zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

24 Sentyabr 2026 - 12:07
Pakistan Əfqanıstanda 10 nöqtəyə zərbə endirib

Pakistan Əfqanıstanda 10 nöqtəyə zərbə endirib

24 Sentyabr 2026 - 11:54
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

24 Sentyabr 2026 - 11:45
Pezeşkianın BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair məlumalar həqiqəti əks etdirmir

Pezeşkianın BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair məlumalar həqiqəti əks etdirmir

24 Sentyabr 2026 - 11:38
Lerik-Lənkəran sərhəddində zəlzələ oldu

Xəzərdə zəlzələ olub

24 Sentyabr 2026 - 11:29
“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

Zelenski Ukraynaya raket tədarükü ilə bağlı problemi etiraf edib

24 Sentyabr 2026 - 11:20
“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

24 Sentyabr 2026 - 11:13
Venesuelanın müvəqqəti prezidenti Rodriges: “Ölkədə demokratik keçid başlayıb”

Venesuelanın müvəqqəti prezidenti Rodriges: “Ölkədə demokratik keçid başlayıb”

24 Sentyabr 2026 - 11:02
AB və 51 ölkədən Rusiyaya atəşkəs çağırışı

AB və 51 ölkədən Rusiyaya atəşkəs çağırışı

24 Sentyabr 2026 - 10:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.