“Nissan” 470 min avtomobilini niyə geri çağırdı?

🗓 12.12.2014 09:29 ✍️ "Elçi" qəzeti
“Nissan” 470 min avtomobilini niyə geri çağırdı?
“Nissan” dünya bazarına çıxardığı bəzi modellərdə yaranan problem üzündən 470 min avtomobilini geri çağırıb.1418331872   Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2012-2015-ci illər arası istehsal olunan modellərdə yaranan problemin kökündə benzin təzyiq göstəricisinin öz funksiyasını yerinə yetirə bilməməsi dayanıb.   Bundan əlavə bu modellərdə benzinin çölə sızma və yanğına səbəb olma ehtimalının olduğu da açıqlanıb. Geri çağırılan avtomobillər arasında 2012 və 2013-cü illərdə istehsal olunan “Infiniti M56” “QX56” və 2014-2015-ci illərdə satışa çıxarılan “Juke”, “Q70”, “Q80” modelləri yer alıb.   “Nissan” avtomobil şirkətinin verdiyi açıqlamaya görə, nasazlıq bu günə qədər hər hansı bir ciddi problemə yol açmasa da, onlar işi şansa buraxmaq niyyətində deyil. Şirkət avtomobilləri təcili şəkildə geri çağıraraq problemi həll etmək qərarı verib.   Qeyd edək ki, nasazlığı olan avtomobillərin 233 mini Yaponiya, 143 mini şimali Amerika və 22.500-ü Avropadadır.  

Bənzər yazılar