Netanyahu İranı mülki şəxslərə raket atdığına görə qisas alacağı ilə hədələyib.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu X sosial şəbəkəsində bildirib ki, İran dinc əhaliyə və İsrailin Beersheba şəhərindəki xəstəxanaya raket zərbələri endirdiyinə görə cavabdeh olacaq.
Siyasətçi yazır: “Biz Tehrandakı tiranlardan tam qiyməti tələb edəcəyik”.
İyunun 19-da səhər saatlarında İran İsrailə 20-yə yaxın raket zərbəsi endirib, onlardan bəziləri Təl-Əviv və onun ətrafında yerləşən yaşayış məntəqələrini vurub. Raketlərdən biri ölkənin cənubundakı Beerşeba şəhərindəki Soroka xəstəxanasına düşüb.
İyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edərək, “Rising Lion” əməliyyatına başlayıb. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastruktura, eləcə də iranlı generalların yerləşdiyi ərazilərə endirilib.
Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu “Əsl vəd 3” adlı cavab əməliyyatı elan etdi. İsrailə raketlər atıldı. İran və İsrail bir-birinə hücumlarını davam etdirir.
Şayəstə Hüseynova


















