"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Nehrəmli oliqarx 10 milyona qane olmadı, başının üstünü buldozerlər aldı…

25 Yanvar 2017 - 17:26
in XƏBƏR LENTİ
FacebookVatsap

Bakının Yusif Səfərov küçəsində, Bakı şəhər Baş Polis İdarəsi ilə üzbəüz yerləşən “Araz” otelinin və ona bitişik obyektlərin ötən il dekabrın 23-də qəfildən yerlə bir edilməsi ilə bağlı yeni təfərrüatlar məlum olub. 

virtualaz.org xəbər vermişdi ki, həmin obyektlərin sahibi Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qaynatası, əslən Naxçıvanın Nehrəm kəndindən olan oliqarx Novruzəli İbrahimovdur. Obyektin bu cür qəfildən, məhkəmə qərarı olmadan və sahibinə kompensasiya ödənilmədən, içərisində əşyalar və hətta adamlar ola-ola qəfildən sökülməsi oliqarxın hansı səhvinə görə cəzalandırıldığına dair suallara yol açmışdı. Söküntü zamanınə rəsmilər, nə obyekt sahibi baş verənlərə aydınlıq gətirməmişdi.

Bunu da oxuyun

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Novruzəli İbrahimov Bakıda tikinti biznesi ilə məşğul olan oliqarx kimi tanınır, onun Bakının müxtəlif yerlərində onlarla çoxmərtəbəli yaşayış binası inşa etdirdiyi məlumdur. İbrahimov Diaspor məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun əmisi oğludur, İbrahimovlar klanının biznesini idarə edənlərdən biri hesab olunur. O, Şahmar Mövsümovla yanaşı Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərovun da qaynatasıdır.

“AzPolitika” bildirir ki, obyektlər sökülməzdən 2 gün əvvəl Novruzəli İbrahimovla danışıqlar olub və ona kompensasiya kimi 10 milyon manat təklif edilib. Bildirilib ki, oliqarx pulu götürüb ərazini 10 gün ərzində təhvil verməlidir. Lakin bu təklif İbrahimovu o qədər qəzəbləndirib ki, o, danışıqlar aparmaq üçün gələnləri söyərək qovub. Sahibkarı özündən çıxaran kompensasiya məbləğinin ərazinin real dəyərindən dəfələrlə kiçik olması olub. Belə ki, şəhərin düz mərkəzində 3 hektarlıq ərazi və onun üzərində yerləşən obyektlər üçün oliqarx bundan dəfələrlə artıq kompensasiya gözləyirmiş. Ancaq əvəzində onun başının üstünü qəfildən buldozerlər alıb, obyektlər cəmi bir neçə günə yer üzündən silinib. Bakı şəhər İcra Hakimiyyəti boşalan ərazidən yeni yolun çəkiləcəyini və park salınacağını bildirir.

Məlumata görə Novruzəli İbrahimov obyektlərinin sökülməsinə görə “Avropa Məhkəməsinə qədər şikayət edəcəyini” deyir.

Bu, Novruzəli İbrahimovun belə qəfil sökülən ilk obyektləri deyil. Hələ 2009-cu ildə Bakının Səttar Bəhlulzadə küçəsində (keçmiş Karl Marks prosekti) onun şirkətinin inşa etdiyi 16 və 12 mərtəbəli, tikintisi hələ tam başa çatmamış iki yaşayış binası qəfildən söküldü. Həmin söküntü işlərinə görə İbrahimovla heç bir kompensasiya verilməmişdi.

Ümumiyyətlə, nehrəmli İbrahimovlar klanının işləri yaxşı getmir. Klanın ən məşhur nümayəndəsi olan Nehrəmli Hacı İbrahimin utopik “Xəzər adaları” layihəsinin aqibəti və onun Azərbaycan Beynəlxalq Bankından götürdüyü yüz milyonlarla dollar krediti geri qaytarmadığı məlumdur. Hacı İbrahimin biznesi müflis vəziyyətə düşüb və onu dəfələrlə “Bandotdel”ə salıblar, pulları tələb ediblər.

Previous Post

Nehrəmli oliqarx 10 milyona qane olmadı, başının üstünü buldozerlər aldı…

Next Post

Qarabağda döyüşən 62 yaşlı erməni yanaraq öldü

Bənzər yazılar

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

15 Oktyabr 2026 - 15:30

AQEM, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı arasında koordinasiyanın gücləndirilməsi, şübhəsiz ki, qitə üzrə əlaqəliliyi...

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

15 Oktyabr 2026 - 12:53

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə anklav və eksklavların mövcudluğu, eləcə də ərazi mübadiləsi məsələsinə yenidən münasibət bildirib. Elchi.az...

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

15 Oktyabr 2026 - 12:48

Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarənin uçacağı bildirilir. Elchi.az xəbər verir ki, bu barədə “Flightradar24” saytına istinadən məlumat yayıb....

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

15 Oktyabr 2026 - 12:04

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğız Respublikasında keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri...

Next Post

Qarabağda döyüşən 62 yaşlı erməni yanaraq öldü

Qarabağda döyüşən 62 yaşlı erməni yanaraq öldü

Son xəbərlər

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədərək həbs edilib

15 Oktyabr 2026 - 17:48
Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

15 Oktyabr 2026 - 17:35
Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

15 Oktyabr 2026 - 17:27
ADY-də qanvermə aksiyası keçirildi

ADY-də qanvermə aksiyası keçirildi

15 Oktyabr 2026 - 17:15
İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

15 Oktyabr 2026 - 17:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.