Neftin ucuzlaşması davam edərsə...

🗓 28.11.2014 10:35 ✍️ "Elçi" qəzeti
Neftin ucuzlaşması davam edərsə...

Dünya bazarında neftin qiymətinin ucuzlaşması ictimai rəydə ciddi narahatlıqla müşahidə edilməkdədir. Neft gəlirlərinin azalması sıradan vətəndaşlaırn həyatına necə təsir göstərəcək? Bu tendensiya sosial gərginliyi artıra, yaşam səviyyəsini aşağı sala bilərmi?19338 Bununla bağlıModerator.az-a və “Hürriyyət” qəzetinə açıqlama verən tanınmış iqtisadçı-ekspert Məhəmməd Talıblı hesab edir ki, neft gəlirlərinin sosial həyata təsiri özünü fərqli formalarda göstərə bilər: “Dünyada neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımıza müxtəlif təsir kanalları ilə ötürülə bilər. Burada xüsusilə həm ÜDM-in həcminə, ARDNŞ-in gəlirlərinə, büdcə gəlirlərinin təxminən 10%-ə təsir edir. Amma sosial sferaya təsiri isə müxtəlif formalarda baş verə bilər. Bu kanallar vasitəsilə ötürülmənin özü də başqa sosial indikatorlara da təsir edə bilir. Ən böyük təsiri bəzi makroiqtisadi göstəricilərin formalaşmasının (büdcə balansı, ÜDM) yarısından çoxunda neft faktoru var. Bu zaman neftin qiymət azalmaları onların gəlirlərinə təsir edərək, artımı əngəlləyir. Bu isə yaxın gələcəkdə sosial gərginliyin əsas mənbəyi kimi çıxış edəcək. Neftin qiymətinin aşağı düşməsi büdcədə neftin ortalama qiymət həddinin daha çox konservativ həddə götürülməsini şərtləndirir ki, bu da xərclərimizdə müəyyən artımlardan imtina zərurəti yaradır. Bu isə həmin ilin büdcə xərcləmələrində və ya növbəti illərdə investisiya layihələrində özünü göstərir. Büdcə və büdcədən kənar fondlardan maliyyələşən investisiya layihələrinin kəsilməsi bu sahədə çalışan məşğul əhali qruplarının həm işlə bağlı təminatına, həm də ailə büdcələrinə neqativ təsir göstərir. Ən əsası dövlət büdcə aləti vasitəsilə tənzimlənməsində sosial ayırmalara vəsait tapa bilmir”. M.Talıblının bildirdiyinə görə, neftin qiymətinin bir qədər də artması daha ciddi problemlərə səbəb ola bilər: “Görürsünüz, dünyada neftin qiyməti aşağıya doğru enməkdə hələ inerasiya ilə baş verdiyi halda, biz büdcədə sosial xərcləmələrdə əhəmiyyətli artımlara gedə bilmiriksə, görün neftin qiymətində əhəmiyyətli enmələr olsa, biz hansı çətinliklə rastlaşa bilərik. Məsələn, növbəti ilin büdcəsində sosial sferadakı vəziyyətə diqqət etsək, bunu asanlıq görə bilərik. Büdcədə sosial sferada çalışanların əməkhaqqılarında ötən illə müqayisədə cəmi-cümlətəni 3 faizə yaxın artım baş verəcək. Belə deyək ki, 300 manat əməkhaqqı alan həkim və ya müəllimə 20 milyard manatlıq büdcədən cəmi 9 manat artım düşəcək”.

Bənzər yazılar