2016-cı ildə neftin barelinin qiyməti 45-55 dollar diapazonunda dəyişəcək, ilin sonunda isə bu göstəricini keçəcək.
Bunu Rusiyanın “LUKoyl” şirkətinin rəhbəri azərbaycanlı milyarder, Vahid Ələkbərov “Rusiya 24” telekanalına müsahibəsində bildirib.
“Böyük ehtimalla neftin qiymətləri bu gün 45-55 dollar diapazonda dəyişəcək, ilin sonunda isə biz psixoloji həddin keçilməsinin şahidi ola bilərik”, – deyə Ələkbərov qeyd edib.
Azərbaycanlı milyarderin fikrincə, qiyməti artmasının səbəbi bu sahəyə investisiyaların yatırılmaması ilə əlaqədar neft hasilatı həcminin aşağı düşməsidir.