Neftçala rayonu Kürqarabucaq kənd məscidinin axundu, 1959-cu il təvəllüdlü Mirələm Nəcəf oğlu Məmmədov bir ədəd qara bayrağı könüllü olaraq polisə təhvil verib.
Elchi.az xəbər verir ki, bu barədə “Mouze” Teleqram kanalı məlumat yayıb.
Həmçinin qeyd olunub ki, dövlət səviyyəsində həyata keçirilən maarifləndirici və qabaqlayıcı tədbirlər nəticəsində Məhərrəmlikdə baş yarmaq, özünü zəncirləmək, qan tökmək, qara bayraq qaldırmaq kimi hallara rast gəlinmir.



















