"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Nazir təhsil haqqı ilə bağlı fikirlərinə aydınlıq gətirdi

24 İyun 2026 - 15:52
in CƏMİYYƏT
FacebookVatsap

Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində təhsil haqqları ilə bağlı bildirdiyi fikirlərinin ictimaiyyət tərəfindən yanlış anlaşılmasına aydınlıq gətirib.

Bunu da oxuyun

Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Manset.az xəbər verir ki, nazir bu barədə öz “Facebook” sosial media hesabında paylaşım edib.

“Hər bir müsahibədə Elm və Təhsil Nazirliyi olaraq müəyyən məqamlara toxunaraq təhsil sahəsində ictimai müzakirəni canlandırmağa çalışırıq və dövlət qurumu olaraq belə müzakirələri faydalı hesab edirik. Demək olar ki, hər müsahibədən sonra söylənilən fikirlərin bəzilərinin kontekstdən çıxarılaraq yanlış məcraya yönəldilməsinin də şahidi oluruq ki, bu da özü-özlüyündə müzakirənin səmərəliliyinə xələl gətirir. Bunun qəsdən və ya bilməzlikdən baş verməsini bir kənara qoyub keçirəm mətləbə – yəni son müsahibədə ali təhsil xərcləri ilə bağlı söylənilən fikirlərin təkrar şərhinə.

Söylədiyim fikir bundan ibarət idi ki, Azərbaycanda 1 tələbəyə düşən təhsil haqqı (oxu: təhsil xərcləri) inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Təhsil haqqının aşağı olması sosial nöqteyi-nəzərdən nə qədər müsbət qarşılansa da, ümumilikdə təhsilin keyfiyyətinə təsir edən amildir. Yəni təhsil də digər sahələrdə olduğu kimi investisiya tələb edir və ya təhsilin keyfiyyətinə təsir edən əsas amillərdən biri də maliyyələşmədir. Çünki ali təhsil sistemində müəllimlərin əməkhaqqısı, maddi-texniki baza, tədqiqatlar və digər məsələlər bu xərclərdən asılıdır. Bu fikirlərə şərh bildirən bəzi vətəndaşlar bir sıra ölkələrdə təhsilin “pulsuz” olduğunu vurğulayaraq söylənilən fikirlərin yumşaq desək, həqiqəti əks etdirmədiyini iddia edirlər. Kimlərsə şərh yazdı, kimlərsə qınadı, kimlərsə də poster düzəldib onu geniş kütləyə yaymağa çalışdı. İşin əsli necədir?

Əvvəla, “pulsuz” təhsil dünyanın heç yerində yoxdur. Təhsil həmişə ödənişlidir. Misal kimi göstərilən Avstriya, Almaniya və Fransa kimi ölkələrdə ali təhsilin bakalavr pilləsində illik təhsil xərci 10,000-18,000 avro (alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla) təşkil edir. Avstriyada və ya Fransada tələbənin ödədiyi 500-1000 avro məbləğ isə 1 semestr üçün qeydiyyat haqqıdır, yəni təhsil haqqı deyil. Başqa sözlə, bu ölkələrdə təhsil haqqı (və ya xərci) aşağı deyil, bu xərc müəyyən sayda vətəndaş üçün dövlət tərəfindən qarşılanır. Sadəcə, vətəndaşların heç də hamısı ali təhsilli olmaq istəmir. Təxminən 40-60% məzun peşə təhsili alır. Yazdıqlarımın təsdiqi və daha ətraflı məlumat üçün aşağıdakı linkə baxa bilərsiniz.

Mənbə: https://www.oecd.org/…/how-is-tertiary-education...”

Nazir ölkədəki vəziyyəti də izah edib:

“Bəs ölkəmizdə bu məsələlər necədir? Azərbaycanda da müəyyən sayda vətəndaş (hər il bakalavr pilləsi üzrə qəbul olunanların yarıdan çoxu, təxminən 30,000 nəfərdən çox tələbə) təhsilini dövlət hesabına alır və ya başqa sözlə pulsuz oxuyur. Bu say dövlət sifarişi əsasında maliyyələşdirilir. Başqa sözlə, dövlət iqtisadiyyatın gələcək ehtiyaclarını təhlil edərək zəruri sayda vətəndaşın təhsilini öz üzərinə götürür. Bəzi ixtisaslar (məs: tibb, kənd təsərrüfatı ixtisasları) tamamilə dövlət sifarişi əsasında maliyyələşir, çünki bu ixtisaslara ciddi ehtiyac görünür. Eyni zamanda tədricən keyfiyyət artımına nail olmaq üçün hər il SABAH proqramı çərçivəsində bir sıra ixtisaslar üzrə dövlət sifarişi məbləği qədər vəsait də təhsil xərcinə əlavə olunur. İkili diplom proqramları, digər ölkələrlə birgə universitetlərdə tədris edilən proqramlar da dövlət sifarişi ilə müqayisədə daha yüksək xərclərə başa gəlir. Məlumat üçün qeyd edim ki, bu tip proqramlarda təhsil xərcləri inkişaf etmiş ölkələr ilə müqayisə edilə biləndir.

Sual verə bilərsiniz ki, bəs Azərbaycanda niyə ödənişli təhsil də mövcuddur? Bu məqam daha çox ali təhsilə olan tələbatla bağlıdır – ölkədə az qala hamı ali təhsil almaq istəyir və ya hüquqşünas olmaq istəyənlərin sayı əmək bazarında ehtiyac olan hüquqşünasların sayından çoxdur. Dövlət isə yalnız zəruri hesab etdiyi sayda vətəndaşı maliyyələşdirir. Nümunə olaraq hüquqşünaslıq ixtisası ilə davam edək: dövlət sifarişi əsasında hər il 600 nəfər tələbə maliyyələşdirilir və ya “pulsuz” oxuyur. Bununla belə hüquqşünaslıq ixtisasına əlavə olaraq 895 nəfər də ödənişli əsasda qəbul olunur. Bu 895 nəfərin topladığı bal onların dövlət sifarişi əsasında (ödəniş etmədən) digər ixtisaslarda oxumasına imkan versə də, onlar ödənişli əsasda hüquqşünas ixtisasını seçirlər. Yəni bir çox abituriyent var ki, onlar öz vəsaitləri hesabına arzu etdikləri ixtisaslarda oxumağı ödənişsiz (dövlət hesabına) təhsildən daha üstün tuturlar”.

Emin Əmrullayev paylaşımında vurğulayıb ki, dövlət sifarişinin dəyəri mərhələlərlə artırılsa da, bir çox ixtisaslar üzrə vətəndaşın ödədiyi vəsait dövlət sifarişindən daha aşağıdır:

“Başqa sözlə, Azərbaycanda ali təhsil müəssisələrində kompüter mühəndisi, maliyyə mütəxəssisi və ya inşaat mühəndisi olmaq üçün illik təhsil haqqı 1500-2000 AZN təşkil edir. Mənim arqumentim budur ki, bu məbləğə keyfiyyətli, qlobal rəqabətə davam gətirəcək mütəxəssis hazırlamaq mümkün deyil. Yəni əgər keyfiyyətli İT mütəxəssisinin aylıq əmək haqqısı 2,500-5,000 azn təşkil edirsə, məzun bütün təhsilinə xərclədiyi vəsaiti (2,000 AZN x 4 il = 8,000 azn) 3-4 aya geri qaytarır. Maliyyədən bir az anlayışı olan adamlar başa düşərlər ki, heç bir investisiyadan belə gəlirlilik səviyyəsi mümkün deyil. Başqa sözlə, çox aşağı qiymətə olan təhsilin yekun nəticəsi ən yaxşı halda diplom ola bilər.

Bütün bunları deməkdə məqsəd nə idi? Məqsəd heç də ali təhsil müəssisələrində təhsil haqlarını qaldırmaqla bağlı deyil. Niyyət bu reallığı konstruktiv müzakirə etməkdir. Reallıq odur ki, dövlət sifarişi, SABAH qrupları, ikili diplom proqramları, digər ölkələrlə birgə universitet modelləri çərçivəsində təhsil alan tələbələrin təhsil haqları (xərcləri) dövlət tərəfindən qarşılanır. İqtisadiyyat üçün ehtiyac olan saylar bu yol ilə maliyyələşir. Dövlət bu istiqamətdə mərhələlərlə maliyyələşməni artırır. Daha çox insan ali təhsil almaq arzusunda olduğundan bu şəxslərə ödənişli əsaslarla da ali təhsil almaq imkanı yaradılılır. Ödənişli təhsil üzrə təhsil haqqının aşağı olması qısa müddətdə həmin tələbə üçün rahat görünsə də, uzun müddətdə nə onun özü üçün, nə də cəmiyyət üçün faydalı bir şeylə nəticələnmir.

Elm və Təhsil Nazirliyi olaraq biz daha çox Azərbaycan vətəndaşının ali təhsil almasının tərəfdarıyıq. Amma saylarla yanaşı keyfiyyəti də düşünmək lazımdır. Keyfiyyət həm kəmiyyətə, həm maliyyəyə, həm ümumi təhsilin keyfiyyətinə, həm də digər amillərə bağlıdır. İnanırıq ki, uzun müddətdə, mərhələlərlə bu amillərin ortaq balansını tapa bilərik – buna zaman lazımdır. Vətəndaşlara isə mesaj ondan ibarətdir ki, bəzi hallarda keyfiyyətsiz ali təhsil diplomu almaq əvəzinə keyfiyyətli peşə təhsili almaq seçimini də düşünsünlər”.

Elm və təhsil naziri vurğulayıb ki, bu tip müzakirələrdə yəqin ki, ən asan məsələ sosial mediada əsassız şərh yazmaqdır:

“Amma şərhlər, mövqelər hansısa faktlara və tutarlı arqumentlərə əsaslanmalıdır. Təhsil siyasəti kifayət qədər mürəkkəb sahədir, qərarların verilməsi həmişə hansısa çətin seçimlərdən keçir. Tələbənin ödədiyi qeydiyyat haqqını təhsil xərci kimi başa düşmək və onu cəmiyyətə xəbər kimi təqdim etmək yanlış və çox dayaz mövqe nümayişidir. Belə mövqe nə vətəndaşımızı, nə də ölkəmizi irəli aparır. Bizim isə məqsədimiz inkişaf və tərəqqidir”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev Trend Beynəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və “Xəzər TV” televiziya kanalına birgə müsahibə verib. Müsahibədə nazirin təhsil haqqı ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

Previous Post

Neftçalada axund qara bayrağı polisə təhvil verdi

Next Post

“Makron ikiüzlüdür” – Lavrov

Bənzər yazılar

Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

15 Oktyabr 2026 - 10:13

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsi Gəncə şəhərində yerləşən Fikrət Əmirov adına Gəncə...

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

14 Oktyabr 2026 - 16:22

Oktyabrın 14-də inzibati rəhbər vəzifələr üzrə AB və AC, inzibati icraçı vəzifələr üzrə isə BA və BB vəzifə qruplarına aid...

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

14 Oktyabr 2026 - 16:07

Avqustun 17-də elan edilmiş dövlət qulluğuna qəbul müsabiqəsinin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşib. Müsabiqə çərçivəsində 154 dövlət orqanında mövcud olan...

Vahid geyim qaydasıyla razı olmayan valideynləri cəza gözləyir

Vahid geyim qaydasıyla razı olmayan valideynləri cəza gözləyir

14 Oktyabr 2026 - 15:52

Vahid geyim qaydaları və məktəb formaları ilə bağlı son günlərdə yaşanan müzakirələr fonunda bəzi valideynlərin övladlarını dərslərdən yayındırması və ya...

Next Post
“Makron ikiüzlüdür” – Lavrov

"Makron ikiüzlüdür" - Lavrov

Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşdü

Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşdü

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Beş süni intellekt çatbotu dəqiqlik sınağından keçirildi: Nəticələr ürəkaçan deyil

Beş süni intellekt çatbotu dəqiqlik sınağından keçirildi: Nəticələr ürəkaçan deyil

15 Oktyabr 2026 - 10:51
AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

15 Oktyabr 2026 - 10:42
Mask: Ukrayna dronlarının sürətinin azalmasının arxasında ABŞ hökuməti dayana bilər

Mask: Ukrayna dronlarının sürətinin azalmasının arxasında ABŞ hökuməti dayana bilər

15 Oktyabr 2026 - 10:34
Kreatin beyni bağırsaq iltihabından qoruya bilər

Kreatin beyni bağırsaq iltihabından qoruya bilər

15 Oktyabr 2026 - 10:27
Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

15 Oktyabr 2026 - 10:13
İtaliya hərbçiləri Azərbaycana səfər edib

İtaliya hərbçiləri Azərbaycana səfər edib

15 Oktyabr 2026 - 10:06
XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

15 Oktyabr 2026 - 09:58
Azərbaycan nefti 124 dollardan yuxarı satılıb

Azərbaycan nefti 124 dollardan yuxarı satılıb

15 Oktyabr 2026 - 09:45
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

15 Oktyabr 2026 - 09:36
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

15 Oktyabr 2026 - 09:24
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

15 Oktyabr 2026 - 09:11
ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.