Neft ucuzlaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,37 dollar ucuzlaşaraq 1 barelə görə 75,45 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,50 dollar azalaraq 78,91 dollar olub.