Neft 50 dollar oldu

🗓 06.01.2015 11:08 ✍️ "Elçi" qəzeti
Neft 50 dollar oldu
Dünya bazarlarında neftin qiymət ucuzlaşmaqda davam edir. 
Neft-ve-qizil“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti sonuncu hərraclarda 1 barelə görə 50,14 dollar təşkil edib. London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 53,27 dollara enib. Bununla da, “qara qızıl”ın dəyəri 2009-cu ilin may ayından etibarən ən aşağı səviyyəyə düşüb. Analitiklər hesab edir ki, neftin kəskin ucuzlaşmasına səbəb dünyada “qara qızıl”a tələbatın azalmasına baxmayaraq istehsalın artırılmasıdır.

Bənzər yazılar