"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Nazirlikdən 34 nəfər çıxarıldı

03 Fevral 2015 - 21:25
in XƏBƏR LENTİ
FacebookVatsap


Bunu da oxuyun

Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

23611Mədət Quliyev: “2-14-cü ildə 372 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalan bir sıra cinayətin üstü açılıb” 
Ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.
Müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə nazirliyin aidiyyəti məsul şəxsləri iştirak ediblər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, müşavirədə Penitensiar xidmətin rəisi Mədət Quliyev qurumun 2014-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək penitensiar sistemin təkmilləşdirilməsi, o cümlədən yeni müasir penitensiar müəssisə və komplekslərin inşası, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi üzrə tədbirlərin davam etdirildiyini vurğulayıb.
Bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 372 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalan bir sıra cinayətlərin üstü açılıb, habelə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısının alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilib.
Müşavirədə cəzaçəkmə müəssisələri rəhbərlərinin çıxışları dinlənilib, qeyd olunub ki, aparılan əməliyyat-baxış tədbirləri nəticəsində hesabat dövründə 203,5 litr spirtli içki, 162 mobil telefon, 656 qram çəkidə müxtəlif narkotik maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar tədbirlər görülməsi üçün aidiyyəti orqanlara təqdim edilib.
Eyni zamanda, vəzifədən sui-istifadə və digər neqativ halların aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb, ötən il xidmətin kobud qanun pozuntularına yol verən 347 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 36 əməkdaş tutduğu vəzifədən azad olunub, 34 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib.
Müşavirəyə yekun vuran ədliyyə naziri F.Məmmədov ədliyyə sisteminin müasirləşdirilməsi, o cümlədən penitensiar xidmətin işinin yaxşılaşdırılmasına dair tədbirlərə toxunaraq məhkumların hüquqlarının xeyli genişləndiyini, bu sahədə qanunvericiliyin təkmilləşdiyini, saxlanma şəraitinin yaxşılaşdırıldığını bildirib.
Nazir bununla belə işdə mövcud olan bəzi nöqsan və çatışmazlıqlara toxunaraq məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunmasını, onlara göstərilən tibbi yardımın keyfiyyətinin daha da yüksəldilməsini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini, rejim və davranış qaydalarına dönmədən riayət olunmasını, qanunsuz əşyaların ötürülməsinin və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin görülməsini, nizam-intizamın gücləndirilməsini Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb edib.

 

Previous Post

Nazirlikdən 34 nəfər çıxarıldı

Next Post

“Şahdağ“ Milli parkında yanğın oldu

Bənzər yazılar

Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

22 Oktyabr 2026 - 12:42

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib. Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi...

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

22 Oktyabr 2026 - 12:30

Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə...

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

21 Oktyabr 2026 - 22:20

Efiopiyanın Tıqray ştatının cənubunda pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində ikisi uşaq da daxil olmaqla dörd nəfər ölüb, daha beş...

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

21 Oktyabr 2026 - 22:18

Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün Rusiya və Ukrayna ilə təmaslar həyata keçirir və Bolqarıstanın Müstəsna İqtisadi Zonasında...

Next Post

“Şahdağ“ Milli parkında yanğın oldu

Etibar Hüseynovun Oqtay Əsədovu kövrəldən çıxışı (TAM VİDEO)

Son xəbərlər

MKA: Hazırda milyonlarla veb-sayt təhlükə altındadır – XƏBƏRDARLIQ

MKA: Hazırda milyonlarla veb-sayt təhlükə altındadır – XƏBƏRDARLIQ

22 Oktyabr 2026 - 12:51
Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

22 Oktyabr 2026 - 12:42
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

22 Oktyabr 2026 - 12:30
Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

22 Oktyabr 2026 - 12:25
Milli Məclisinin Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib

Milli Məclisinin Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib

22 Oktyabr 2026 - 12:19
Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

22 Oktyabr 2026 - 12:13
Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur

22 Oktyabr 2026 - 12:07
“Qalatasaray”ın futbolçusu İkardinin nailiyyətini təkrarladı

“Qalatasaray”ın futbolçusu İkardinin nailiyyətini təkrarladı

22 Oktyabr 2026 - 11:54
Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

22 Oktyabr 2026 - 11:43
Azərbaycanda 2035-ci ilədək yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin ediləcək

Azərbaycanda 2035-ci ilədək yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin ediləcək

22 Oktyabr 2026 - 11:35
Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır

Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır

22 Oktyabr 2026 - 11:25
Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib

Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib

22 Oktyabr 2026 - 11:17
Tramp ABŞ-Rusiya-Çin danışıqlarının mövzularını açıqladı

Tramp ABŞ-Rusiya-Çin danışıqlarının mövzularını açıqladı

22 Oktyabr 2026 - 11:09
Sahil Babayev: Dövlət müəssisələrindən 900 milyon manat dividend gözlənilir

Sahil Babayev: Dövlət müəssisələrindən 900 milyon manat dividend gözlənilir

22 Oktyabr 2026 - 10:56
Kuba Xarici İşlər Naziri Rodriges: “ABŞ gündəlik həyatı hədəf alır”

Kuba Xarici İşlər Naziri Rodriges: “ABŞ gündəlik həyatı hədəf alır”

22 Oktyabr 2026 - 10:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.