"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Nazirlik: “Əkin yerlərini yandıranlar 6 min manata qədər cərimə olunacaq”

06 Avqust 2018 - 16:15
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

“Azərbaycanda kənd təsərrüfatı məhsul istehsalçıları bitki qalıqları haqqında “gərəksizdir”, “səmərəsizdir” və hətta “ziyanlıdır” kimi yanlış təsəvvürlərə malikdir. Samanın və eləcə də digər bitki qalıqlarının yandırılması nəinki ciddi qanun pozuntusudur, eləcə də pulların havayı sovrulması deməkdir. Sözün hərfi mənasında, bitkinin qidalanması və inkişafı üçün lazım olan faydalı maddələrin məhv edilməsi deməkdir”.

Elchi.az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai deyib.

Direktor deyib ki, taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır: “Belə ki, samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım olan və toxumanın quru maddəsinin təxminən 95 faizini təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir. Bu isə öz növbəsində torpağın münbitliyinə mənfi təsir edir. 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrələri ola bilər. Hər il orta hesabla hər hektarda 20-40 kq azot sərbəst yaşayan, 200 kq azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət lazımdır”.

C.Təlainin sözlərinə görə, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul götürür: “Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, 1 ton buğda samanında dəyəri 12 manatdan 35 manata qədər olan qida maddələri vardır. Deməli, samanı yandırmayıb, torpaqda saxlamaq iqtisadi baxımdan fermer üçün daha sərfəlidir. Samanın yandırılması qida maddəsi ilə yanaşı, qiymətli torpaq biosenozunu da məhv edir”.

Sahənin yandırılmasına alternativ olaraq direktor bunu təklif edir: “Arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən dərhal sonra saman yandırılmadan sahədən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də torpağın sıfır becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir.

Kövşənlikdə birbaşa səpinin aparılması zamanı torpaq strukturunun minimum pozulması və onun səthinin bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır ki, bu da su və külək eroziyasının qarşısını alır, torpaqda nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, torpaq mikroflorası aktivləşir və bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə imkan verir”.

Qurum rəsmisi biçindən sonra əkin sahələrini yandıran fermerlərin nəzərinə çatdırır ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar: “Ötən il dekabrın 15-də “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fıziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcəklər. Biz fermerlərə tövsiyə edirik ki, taxıl sahələrindən samanı yandırmadan çıxarın, yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib, şum və digər torpaq becərmə əməliyyatları aparın”.

Previous Post

Nazirlik: “Əkin yerlərini yandıranlar 6 min manata qədər cərimə olunacaq”

Next Post

Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Bənzər yazılar

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən,...

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)” təsdiqlənib. Elchi.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Oyuncaqlar təyinatı üzrə...

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa...

Next Post
Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.