"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Nazir: “Şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirləri daha da genişlənəcək”

22 İyul 2022 - 10:59
in CƏMİYYƏT
FacebookVatsap

Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları ilə bağlı görülən sosial dəstək tədbirləri qarşıdakı dövrdə daha da genişlənəcək.

Bunu da oxuyun

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Külək güclənəcək – XƏBƏRDARLIQ

Elchi.az xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında vurğulanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd olunan tədbirlər çərçivəsində artıq 100 mindən çox şəxsə 193 min xidmətin göstərildiyini deyib.

O, cari ilin altı ayının yekunlarına dair müşavirədə Prezident İlham Əliyev tərəfindən bu sahədə aparılan işlərə verilən yüksək qiymətə görə nazirliyin kollektivi adından dövlət başçısına minnətdarlığını ifadə edib. Bu yüksək etimadın nazirlik üçün həm də böyük məsuliyyət olduğunu vurğulayıb. Ölkə Prezidentinin uğurlu sosial islahatlar proqramının icrası, həssas qruplarla bağlı dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində səylərin daim artırılacağını bildirib.

İclasda qeyd edilib ki, ötən il 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Bu il üçün onlara daha 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Cari ilin birinci yarımilində artıq 600-ü təqdim olunub. 44 günlük Vətən müharibəsindən sonra 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev bu kateqoriyalardan olanlara verilib.

Yaxın iki ayda daha 500 mənzil və fərdi ev veriləcək. Ümumilikdə dövlət başçısının tapşırığına uyğun olaraq nazirlik növbədə olan bütün şəhid ailələri və müharibə əlillərini yaxın gələcəkdə mənzil və fərdi evlərlə təmin edəcək.

Bu ilin ilk yarımilində Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz, o cümlədən sosial sığorta daxilolmalarında 21 faizədək, Fondun xərclərində 5 faiz artım qeydə alınıb.

DSMF-nin əhaliyə ödənişləri 4,2 faiz və ya 102 mln. manat çox olmaqla 2 mlrd. 507 mln. manat olub.

Bu dövrdə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz (104 mln. manat) çox olmaqla 2 mlrd. 443 mln. manat vəsait yönəldilib.

Pensiyaların orta aylıq məbləği 11 faizədək artaraq 364 manata, yaşa görə orta aylıq pensiya isə 10,2 faiz artaraq 395 manata çatıb.

Son 6 ayda Vətən müharibəsi veteranlarına Prezidentin aylıq təqaüdlərinin proaktiv qaydada təyinatı proqramı da uğurla icra edilərək ödənişləri tam həyata keçirilib.

40 min ailəni və ya 173 min nəfəri əhatə edən ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği də 35 faiz artaraq 347 manata çatıb.

Yanvar-iyun aylarında Nazirliyin tabeliyindəki Dövlət Məşğuluq Agentliyi tərəfindən 16 min nəfər işlə təmin edilib, 5000-dən çox şəxs özünüməşğulluq proqramına, 1900-dək şəxs peşə hazırlığına, DOST İş Mərkəzi tərəfindən isə 4500-dək şəxs ödənişli ictimai işlərə cəlb edilib.

DOST mərkəzlərində son 6 ayda 313 minədək şəxsə xidmət göstərilib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,7 faiz olub. Bu günlərdə isə DOST mərkəzlərində 1 milyonuncu vətəndaşa xidmət göstərilib. Bu il nazirlik işğaldan azad edilmiş bölgələrdə də DOST xidmətləri infrastrukturunun qurulması işlərinə start verib və Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” xidmət məntəqəsi istifadəyə verilib.

İclasda sosial sığorta və pensiya, sosial təminat, işsiz və işaxtaran vətəndaşların aktiv məşğulluq proqramlarına cəlb olunması, sosial xidmətlər, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti, övladlığagötürmə və digər sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Previous Post

Nazir: “Şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirləri daha da genişlənəcək”

Next Post

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

Bənzər yazılar

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi...

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56

Nazirlər Kabineti “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi...

Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48

Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən...

Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:17

Oktyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Next Post
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

DSMF-nin gəlirləri 7,3, xərcləri 5 faiz artıb

DSMF-nin gəlirləri 7,3, xərcləri 5 faiz artıb

Son xəbərlər

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:17
İsveç NATO-nun Polşadakı əməliyyatı üçün qırıcılar ayıracaq

İsveç NATO-nun Polşadakı əməliyyatı üçün qırıcılar ayıracaq

30 Sentyabr 2026 - 18:09
Netanyahu: Əlavə potensial təhlükələrə hazır olmalıyıq

Netanyahu: Əlavə potensial təhlükələrə hazır olmalıyıq

30 Sentyabr 2026 - 17:59
Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb

Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb

30 Sentyabr 2026 - 17:40
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

30 Sentyabr 2026 - 17:32
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.