Türkiyənin daxili işlər naziri ABŞ səfirini ölkədən “gülən maskalı üzlərinizi” və “çirkli əlləri” çıxarmağa çağırıb.
Elchi.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın Ankaradakı səfirini respublikadan “çirkli əlləri çəkməyə” çağırıb, diplomatı ölkəni “qarışdırmaq” cəhdində ittiham edib.
“Amerika səfirinə deyirəm, bilirəm ki, hansı jurnalistləri diktə edirsiniz, çirkli əllərinizi Türkiyədən çəkin, çox açıq şəkildə deyirəm: çirkli əllərinizi Türkiyədən çəkin. Mən aydın bilirəm ki… Türkiyəni necə qızışdırmaq istəyirsiniz. Çirkli əllərinizi, gülən maskalı üzlərinizi Türkiyədən uzaqlaşdırın”, – türkiyəli nazir bildirib.
Şayəstə