Nazir bahalaşmadan danışdı

🗓 27.12.2014 14:19 ✍️ "Elçi" qəzeti
Nazir bahalaşmadan danışdı
img1320198“Biz bahalaşma olmaması üçün stimullaşdırıcı tədbirlər görürük və bazarlarda bolluq yaratmağa çalışırıq”.
ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
O bildirib ki, suni qiymət artımının qarşısını almaq məqsədilə bu dəqiqə bazarlarda müavinim bir dəstə ilə Xətai yarmarkasındadır:
“30 nəfərdən artıq əməkdaşımız digər yarmarkalardadır. Biz bazarlara çıxıb kimlərəsə inzibati yollarla qiymətləri aşağı salmağı tələb etmirik. Bazarlarda hər hansı təhlükəli meyl gözləmirik”, - deyə nazir bildirib.

Bənzər yazılar