“Azərbaycan son onilliklər ərzində Orta Dəhlizin canlandırılması üçün ardıcıl səylər göstərir”.
Elchi.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.
Nazir bildirib ki, TDT üzv dövlətləri arasında əməkdaşlıqlar böyük perspektivlər vəd edir: “Ənənəvi enerji sahəsində uğurlu tərəfdaşlığımızı yeni əməkdaşlıq layihələri ilə davam etdirməliyik. Eyni zamanda azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində TDT üzv dövlətlərinin iştirakını da qeyd etmək istərdim. Təşkilatımızın olduqca vacib regional faktor kimi formalaşdırılması üçün Azərbaycan konkret təkliflərlə çıxış edib. 2 milyon ABŞ dolları həcmində TDT katibliyinə vəsait köçürülüb”.






















Bu məqalə Azərbaycanın Orta Dəhlizlə bağlı səylərini yaxşı ifadə edir. Nazirin sözləri çox vacibdir, çünki bu, bölgəmiz üçün böyük fürsətlər deməkdir. Türk dövlətləri ilə əməkdaşlığın genişlənməsi sevindiricidir, inşaallah bu işlər daha da uğurlu olar.
Həəə, lap yaxşı. Nazirimiz Ceyhun Bayramovun dediyi sözlər çox düzdü. Azərbaycanımız bu Orta Dəhliz işində elə can qoyur ki, bu da çox gözəl şeydi. Nazirlərimiz bu cür şeyləri danışanda ürəyim fəxrlə dolur, lap necə deyərlər, əsəblərim yerinə gəlir. TDT-də belə şeylərin olması lap əladı, hamı birgə işləyir.