Rusiya Prezienti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş keçirilib.
Elchi.az xəbər verir ki, liderlər iyulun 25-də Rusiya və Qazaxıstanın XXII Regionlararası Əməkdaşlıq Forumunda iştirak etməzdən əvvəl Omska görüş keçiriblər.
Putin bildirib ki, Rusiya ilə Qazaxıstan arasında münasibətlər uğurla inkişaf edir və praktikada strateji xarakter daşıyır.
“Münasibətlərimiz inkişaf edir. Onlar uğurla inkişaf edir. Bu münasibətlər təkcə sözlə deyil, həm də əməldə strateji xarakter daşıyır”, – Putin bildirib.
Omskdə keçirilən XXII Regionlararası Əməkdaşlıq Forumunda iki ölkə arasında iqtisadi, ticarət və regionlararası əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.





















