Naxçıvanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb.
Elchi.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib və məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib.
Qeyd olunub ki, ümumi təhsil məktəblərində Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə tabe qurumlar tərəfindən dezinfeksiya işləri görülür.