NATO-ya üzv ölkələr 2035-ci ilə qədər müdafiə xərclərini 5 faizə çatdıracaqlar. NATO sammitinin bəyannaməsində 2026-cı il NATO Zirvəsinin Türkiyədə olacağı açıqlanıb.
Elchi.az xəbər verir ki, Prezident Ərdoğanın da iştirak etdiyi Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Liderlər Zirvəsi ilə bağlı bəyannamə dərc edilib. Bəyannamədə bu ifadələr yer alıb: “Ölkələrin müdafiə investisiyaları artacaq. 2035-ci ilə qədər ölkələrin xərcləri ÜDM-in 5 faizini təşkil edəcək. 2026-cı ildə keçiriləcək görüşü səbirsizliklə gözləyirik”.
Nuranə Məmmədova



















