NATO-da 5 faizlik müdafiə xərcləri təklifinə qarşı çıxan Sançes İspaniyanın alyansdakı əsas rolunu qoruyacağını bildirib.
Elchi.az xəbər verir ki, Sançes bu barədə X hesabında paylaşım edib.
Haaqada başlayan NATO Sammitindən görüntüləri paylaşan Sançez X hesabında etdiyi paylaşımda, “İspaniya Avropa və transatlantik müdafiə arxitekturasında əsas oyunçudur və olmağa davam edəcək. Bu, bizim öhdəliyimizdir və mən bunu bu gün NATO Sammitində bir daha vurğulayacağam” – deyib.
Baş nazir Sançes iyunun 22-də NATO-nun baş katibi Mark Rutte və ABŞ prezidenti Donald Trampın NATO-ya üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq tələbinə “İspaniyanın rifah dövləti və dünyagörüşü ilə uyğun gəlmir” səbəbi ilə qarşı olduqlarını açıqlayıb.
NATO-nun baş katibi Rutte və ABŞ prezidenti Tramp Sançesin sözlərinə reaksiya verərək, NATO ilə razılığa gəldiklərini və İspaniyanın müdafiə xərclərini ÜDM-in 2,1 faizi qədər artıracağını bildiriblər.
Nuranə Məmmədova

















