Şimali Atlantika Alyansı Ukrayna münaqişəsində birbaşa iştirak edir. Belə ki, NATO-nun 3,6 milyonluq ordusundan burada istifadə edilir.
Elchi.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
O qeyd edib ki, NATO analitikləri hərbi əməliyyatlarda iştirak faktını etiraf ediblər:
“Onlar (NATO – red.) təbii ki, belə bir hibrid münaqişədə iştirak edirlər və artıq bunu gizlətmirlər. Həmçinin, Kiyev rejimini də texnika, silah və pulla təmin edirlər”.
Ukrayna: Rusiya bombardmançısını vurduq
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın "Tu-22M3" tipli bombardmançı təyyarəsini vurduqlarını iddia edib. Elchi.az xəbər verir ki, komandanlıqdan verilən yazılı açıqlamada,...