"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

NƏ ETMƏLİ? – Günel Səfərova yazır

03 Aprel 2018 - 09:11
in aktual-banner, Banner, Cebhe-banner
FacebookVatsap

Bunu da oxuyun

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

 

Günel SƏFƏROVA, “Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru

 

Azərbaycanda keçiriləcək prezident seçkiləri siyasi palitraya bir sıra yeni çalarlar gətirib. Ölkədaxili demokratik mühit və sabitlik şəraitində seçkiqabağı vəziyyəti gərginləşdirmək iqtidarında olmadığını anlayan antiazərbaycançı şəbəkə mübarizəni ölkə hüdudlarından kənara, daha doğrusu, Avropa məkanına daşımaqdadır. Hər gün qitənin ayrı-ayrı dövlətlərində mənzillənən milliyətcə azərbaycanlı olub, əslində, milli maraqlarımızın əleyhinə işləyən qüvvələrin hədələyici bəyanatları eşidilir. Narahatlıq doğuran hal isə odur ki, bu kampaniya normal siyasi rəqabət prinsipləri çərçivəsində deyil, bütün əxlaq meyarlarını aşaraq ən çirkin qarayaxma şəklində həyata keçirilir, bu zaman, dövlət başçısı, rəsmi şəxslərlə yanaşı dövlət simvolları da hədəfə alınır.

Problemi dərinləşdirən antiazərbaycan şəbəkəsi bu prosesi virtual müstəvidə gerçəkləşdirir, irəli sürdüyü ittihamlara tərəf olaraq seçdiyi dairələrə cavab haqqı belə tanımır. Artıq kampaniya əndazəsini aşıb və Avropadakı erməni diasporu mövcud vəziyyətdən istifadə etməyə çalışır. Bunlar isə dünyaya tolerantlıq, həmrəylik, barış ixrac edən Azərbaycan dövləti üçün ciddi təhdidlərdir. Belə bir şəraitdə hər bir doğru söz, hər bir ziyalı yanaşması problemin aradan qaldırılmasında müstəsna rol oynaya bilər. Çünki, mübarizə indiyə qədər rast gəlinməyən sərt təhqir, qəzəb və söyüş formatında aparılır ki, bu da həmin qüvvələrin inadkarcasına cəmiyyətdə bölücülük yaratma niyyətində olduqlarından xəbər verir.

XXI əsrin əvvəllərindən etibarən sosial şəbəkələr dünya siyasətinə, qlobal informasiya mühitinə təsir edən, bir sıra hallarda ayrı-ayrı ölkələrdəki daxili siyasi mübarizənin taleyini həll edən əsas vasitələrdən biri kimi qəbul olunmağa başlayır. Beynəlxalq media şəbəkələri hələ də ABŞ prezidenti Donald Trampın qələbə çalmasında Tramp tərəfdarlarının sosial şəbəkələrin təsir gücündən lazımi şəkildə yararlana bilməsinin əhəmiyyətli rol oynadığını bildirirlər. Lakin sosial şəbəkələr ancaq “uğur mələkləri” statusunda çıxış etmir, bu informasiya resursu son illər Avrasiya və Yaxın Şərq coğrafiyasında, xüsusən də ərəb ölkələrində ciddi fəsadlara da gətirib çıxarıb. Başqa sözlə desək, siyasi mübarizə üçün yetərli qədər elektoratı və sosial bazası olmayan qüvvələr mübarizənin ağırlıq mərkəzini bu istiqamətə keçirməyə çalışırlar. Ən azından ona görə ki, virtual məkanda opponent qismində çıxış edən dairələrin hansı “güc arealı”na sahib olduqlarını müəyyənləşdirmək o qədər də asan başa gəlmir.

Tanınmış ekspertlərin bir çoxu bəyan edir ki, bu gün dünyada xalqların gücü onların sayı, yaşadıqları ərazinin böyüklüyü, iqtisadi resursları ilə yanaşı, həm də həmin xalqı təmsil edən milli elitanın səviyyəsi, fəallığı, ölkə daxilində və xaricində baş verən hadisələrə yanaşması ilə ölçülür. Bu kriteriyalar şübhəsiz ki, Azərbaycan cəmiyyəti üçün də keçərlidir. Azərbaycan hazırda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın təşkilatlanması, onlar arasında koordinasiyanın yaradılması sahəsində əsaslı işlər görür. Dünyada erməni lobbisinin güclü olduğu və ikili standartların tüğyan etdiyi indiki mərhələdə Azərbaycan diasporunun birliyi və siyasi proseslərdə fəal iştirakı əvvəlkindən daha zəruridir. Son illər bu istiqamətdə dövlət səviyyəsində aparılan işlər real nəticələr verir. 20 yanvar, Xocalı soyqırımı, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü və digər hadisələrlə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdəki soydaşlarımızın göstərdiyi fəallıq və əldə edilən uğurlar göz qabağındadır.

Şübhəsiz, mübarizə tək real həyatda deyil, həm də vurtual məkanda aparılmalıdır. Hazırda Azərbaycanda Facebook, Tvitter, Youtube, İnstaqram və digər sosial şəbəkə istifadəçilərinin sayı təxminən 3 milyona bərabərdir. Əslində, 10 milyona yaxın əhalisi olan bir ölkə üçün bu, həqiqətən böyük göstəricidir. Lakin heç də hər zaman sosial şəbəkə resurslarından Azərbaycan dövləti və xalqının maraqları naminə istifadə olunmur. Bu resurs Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliğində öz sözünü deyir. Amma indiki həssas dönəmdə cılız məqsədlər güdən, hakimiyyət hərisi və konyunktur maraqlar prizmasından çıxış edən dairələrin sosial şəbəkə imkanlarından sui-istifadə halları yolverilməzdir. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyir: “Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə müsbət münasibəti, bu seqmentdən geniş istifadə üçün yaratdığı hərtərəfli şərait müqabilində təəssüf ki, bəzi dairələrin mövcud imkanlardan sui-istifadə cəhdləri cəmiyyətimizi narahat etməyə bilməz. Müəyyən xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir”.

O zaman nə etməli? Sosial şəbəkə istifadəsinə qadağa qoyulmalı, yoxsa, məhdudlaşdırıcı tədbirlər görülməlidir? Son kampaniya fonunda həmçinin sosial şəbəkələrin imkanlarından bəd məqsədlər üçün istifadə edənlərin inzibati qaydada cəzalandırılması təklifləri də irəli sürülür. Əlbəttə, dövlət öz gücündən istifadə edərək bu kimi vasitələrdən yararlana bilər. Ancaq yaxşı olardı ki, Avropada məskunlaşan bəzi həmvətənlərimiz bu imkanlardan xalqımızın qanına susamış erməni ekstremistləri və terrorçularına, islamafob dairələrə qarşı mübarizədə istifadə etsinlər. Halbuki, onlar öz vətənlərini və dövlət simvollarını hədəf seçərək düşmən baltasına sap olmağa daha çox üstünlük verirlər. Bir neçə müddətdir ki, qoca qitənin paytaxt mərkəzlərində təşkil olunan kampaniyaların təşkilatçıları və iştirakçıları Azərbaycandakı dünyəvi rejimi, etnik-dini münasibətlər sistemini hədəf götürür, məqsədyönlü şəkildə açılmış, fərqli radikal dini qrupların, separatçı dərnəklərin nəzarətində olan səhifələr hesabına ölkədəki tolerant mühitə, mövcud sabitliyə həqarət yağdırırlar.Şübhəsiz, bu çevrələr, dərnəklər, qruplar bəzi qonşu dövlətlərin, bir çox hallarda isə Ermənistanın xüsusi xidmət orqanları, habelə, erməni lobbi mərkəzlərinin təsiri altında fəaliyyət göstərirlər. Lakin istənilən halda, Azərbaycanın daxili işləri, dövlət atributları, dövlət nümayəndələri, milli tərkib, dini inanclar hədəf seçilə bilməz. Bunu yalnız düşmən edə bilər. Biz isə Avropada məskunlaşan soydaşlarımızı əsla bu statusda görmək istəməzdik.

Maraqlı məsələrdən biri də odur ki, “söyüş makinası”nı işə salanlara dəstək verən ölkədaxili qüvvələr, xüsusən də onun müxalif qanadı bu mənəviyyatsız əməlləri komandadaxili qarşıdurma kimi təqdim etməyə çalışır. Halbuki, Avropadan başlanan bu yalançı inqilab dalğasını ən çox məhz bu kəsim müdafiə edir. Ona görə yox ki, radikal müxalifət Qərbdən söyüşlər yağdıran 5-6 nəfərin haqlı olduğu qənaətindədir, ona görə ki, onlar istənilən formada ölkə daxilində konfrontasiya və anarxiyanın yaranmasında maraqlıdırlar. Nümayiş etdirilən susqunluq, söyüş, təhqir səsləndirənlərə hər hansı çağırışın edilməməsi isə faktiki, bu durumun kimlərin marağına işlədiyinə tam aydınlıq gətirir. Xaos, anarxiya, qeyri-sabitlik arzusu, təbii olaraq, Azərbaycanı suriyalaşdırmaq istəyən “virtual İŞİD”çilərin istinad etdiyi strategiyanın tərkib hissəsidir.

Hazırda siyasət masasının üzərində Azərbaycan dövlətinin əsas maraq və mənafeləri, dəyərləri, bütün dünyada yaşayan soydaşlarımızı birləşdirən azərbaycançılıq ideyasının taleyi, dövlət təhlükəsizliyi, mənsub olduğumuz xalqın milli-mənəvi dəyərləri və milli heysiyyəti durur. Prezidentin köməkçisi Əli Həsənovun da dediyi kimi, özünü azərbaycanlı sayan heç kimin biganə qala bilməyəcəyi dəyərlərimizə haqsız, məkrli, düşünülmüş, əlaqələndirilən hücum var. Belə hallarda gözləmə mövqeyi tutmaq yolverilməzdir. Ölkəmizə düşmən dairələrin diş qıcadığı bir anda ictimai meydanı Azərbaycanı “Aran”, “Abşeron sultanlığı” adlandıran xain və məkrli qüvvələrin əlində alətə çevrilmiş qaragüruhçu ünsürlərə vermək olmaz. Azərbaycan dövləti və dövlətinə sahib çıxanlar milli elitanı, ölkə ziyalılarını səfərbər edərək bu antiəxlaq ünsürlərinə “dur” deməyi bacarmalıdır. Ona görə də xarici ölkələrdə yaşayan bir neçə azərbaycanlının ölkəmizə qarşı heç bir əxlaq çərçivəsinə sığmayan davranışlarına cəmiyyətin əksər üzvlərinin kifayət qədər konstruktiv, təsirli və həssas rakurslardan yanaşaraq münasibət bildirməsi qaçılmazdır.

Bəli, son hadisələr göstərir ki, qlobal imperializmin silahı qismində yaradılan sosial şəbəkələrdən milli dövlətlərə qarşı yumşaq güc vasitəsi kimi istifadə olunur. Azərbaycan bu gün dünyada sabitlik adasıdır və xaricdə yaşayan bəzi azərbaycanlılar tərəfindən aparılan böhtan və təhqir kampaniyası daxili ictimai-siyasi sabitliyin pozulması məqsədinə xidmət edir. Bizim əsas vəzifəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycanla bağlı məsələlərin müzakirə edildiyi platformalardan istifadə etmək olmalıdır. O üzdən ziyalılar və jurnalistlər qaragüruhçu dairələrə qarşı fəal mübarizə aparmalı, bu cür halların qarşısının alınması üçün ictimai qınağın təşkil edilməsinə nail olunmalıdır. Cəmiyyətin hər bir üzvü, o cümlədən həm QHT, həm də KİV təmsilçiləri belə hallara qarşı ortaq mövqedən çıxış edərək, güclü ictimai qınaq formalaşdırmalıdırlar.

Bu gün Azərbaycanda dövlət siyasətinin həyata keçirilməsi, onun uğurlu inkişafı və xaricdə təmsil olunmasının qarantı Azərbaycan Prezidentidir. Ölkə Prezidentinin siyasətinin gücü isə onun xalqın əksəriyyəti tərəfindən dəstəklənməsi, milli iradəyə söykənməsidir. Bu baxımdan Azərbaycan dövlətçiliyi və milli maraqların əsas sütunlarının sarsıdılması cəhdləri nəticə verməyəcək. Xalqımız ölkəmizdə sabitliyin inkişafını istəməyən, Azərbaycanın enerji resurslarına göz dikən qüvvələrin öz niyyətlərini həyata keçirməsinə imkan verməyəcək. Bu məkrli planların qarşısını isə ölkədə mövcud olan xalq-iqtidar birliyi alacaq.

Previous Post

NƏ ETMƏLİ? – Günel Səfərova yazır

Next Post

Sabah seçicilərə bildirişlərin paylanması müddəti başa çatır

Bənzər yazılar

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post
Sabah seçicilərə bildirişlərin paylanması müddəti başa çatır

Sabah seçicilərə bildirişlərin paylanması müddəti başa çatır

Sabah seçicilərə bildirişlərin paylanması müddəti başa çatır

Sabah seçicilərə bildirişlərin paylanması müddəti başa çatır

Son xəbərlər

Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39
Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32
Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28
Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

31 İyul 2026 - 22:24
Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

31 İyul 2026 - 21:49
Ukrayna Prezidenti Türkiyə ilə Azad ticarət barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb

Ukrayna Prezidenti Türkiyə ilə Azad ticarət barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb

31 İyul 2026 - 21:46
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 - 21:40
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

31 İyul 2026 - 21:04
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

31 İyul 2026 - 21:02
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 227 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 227 min manatdan çox ziyan vurulub

31 İyul 2026 - 20:58
CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53
Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

31 İyul 2026 - 19:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.