"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT MANŞET

Müflis olan bankların mülkləri müsadirə edilərək satılacaq

29 Mart 2017 - 15:11
in İQTİSADİYYAT MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

“Bu gün Azərbaycanda 11 bank ləğvetmə prosesindədir. Bu ləğvetmə prosesi ilə bağlı bizə suallar ünvanlanır ki, proses ləngiyir, nə vaxt başlayacaq”.

Elçi.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisdə İnzibati Prosessual, Mülki Prosessual məcəllələrə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib.

O, bankların ləğvetmə proseslərinin ləngiməsinin səbəblərinə aydınlıq gətirib.

R.Aslanlı deyib ki, təkcə “Bank Standart”ın ləğvetmə planının hazırlanması həddən artıq çox təfərrüatlı və hüquqi işlər tələb edir: “O bankda 262 min fiziki və 47 mindən çox hüquqi şəxsin hesabı var idi.

Bunların hamısının tələblərinin siyahısı müəyyən edilməlidir. Mübahisələndirilən məsələlər var. İnsanlar deyirlər ki, mənim tələbim 5 manat deyil, 5 manat 15 qəpikdir. Bu məsələlərin hamısı yerini tapmalıdır.

Daha sonra bankın aktivlərinin reyestri tərtib olunmalıdır. Həm əmlak, həm tələb hüquqları, həm də gözlənilən hüquqların reyestri tərtib olunmalı, qiymətləndirilməli və məhkəmədə təsdiq olunmalıdır”.

R.Aslanlı ictimai nəzarətin təmin olunması üçün banklarda Kreditorlar Komitəsinin yaradılmasını təklif etdiklərini bildirib: “Kreditorlar Komitəsinin tərkibi məhkəmə qərarı ilə təsdiq edilir. Həm öhdəliklərin, həm də aktivlərin kənar qiymətləndirilməsi həyata keçirilir. Prosesin özünə hüquq nəzarəti həyata keçirilir.

Baxmayaraq ki, ləğvedici ləğvetmə planı hazırlayır, bu planı məhkəmə təsdiq edir, hüquqi nəzarət üçün dəvət edilən şirkət hüquqi qərarların məhkəmənin təsdiq etdiyi plana uyğun olub-olmadığına ictimai nəzarəti həyata keçirir. Məhz bu xarakterli təcrübələrdən faydalandığımız təkmilləşdirmələri də ləğvetmə prosedurlarına əlavə etmişik”.

R.Aslanlı bildirib ki, qanunvericiliyə təklif olunan dəyişikliklərə əsasən, bankın problemlərinin yaranmasında inzibatçılar və səhmdarların məsuliyyətləri olacağı təqdirdə, onlar əmlakları ilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh olacaqlar: “Biz Azərbaycan qanunvericiliyinə ilk dəfə bu təcrübəni təklif edirik.

Dünyada bu təcrübə çox geniş tətbiq olunur. Bankın rəhbərlərinin cəmiyyətdən cəlb olunmuş vəsaitlər hesabına məsuliyyətsiz hərəkətləri nəticəsində bu vəsaitlər itir, bəzi hallarda hətta bilərəkdən fırıldaqçılığa da gedirlər, bank müflis olur.

Dövlət də hazırda bu halda Əmanətlərin Sığortalanması Fondu vasitəsilə əhalinin əmanətlərini qaytarır, ancaq nə səhmdarlar, nə də bankın menecmenti məsuliyyət daşımır. Bu, doğru deyil.

Qanun layihələrində müəyyən edilib ki, belə olan halda məhz şəxsi, o cümlədən maddi məsuliyyətlər bankın səhmdarlarının, bankın inzibatçılarının, qərarların qəbul edilməsində iştirak etmiş digər vəzifəli şəxslərin təkcə bankda olan depozitləri deyil, həmçinin digər əmlakları məhz dövlətə və ictimai fondlara dəymiş zərərin ödənilməsi üçün istifadə edilməlidir. Bir misal gətirim.

ABŞ-da deyirlər ki, müflis bankdan requlyator çıxandan sonra ora ədliyyə daxil olur. Ədliyyə bankın müflis olmasında şəxsi məsuliyyətin olub-olmamasını müəyyən etməlidir. 2009-cu ildə ABŞ-da belə bir halda iştirakı müəyyən edilən şəxsin yaxtaları, evləri müsadirə edilərək satıldı ki, bankda insanlara dəymiş zərərlər ödənilsin.

Qanunvericiliyə ilk dəfə belə bir təcrübə daxil edilib. Bütün bunları təmin etmək üçün mülki və prosessual qanunvericiliyə də dəstəkləyici maddələr əlavələr etmişik”.

Elçi.az

Previous Post

Müflis olan bankların mülkləri müsadirə edilərək satılacaq

Next Post

Seçki saxtakarlığına görə cəza sərtləşdirilir

Bənzər yazılar

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

20 İyul 2026 - 23:47

Gürcüstan və Azərbaycan beynəlxalq avtomobil yükdaşımaları üçün elektron icazələrin verilməsi və mübadiləsi prosesinə başlayıb. Elchi.az -ın məlumatına görə bu barədə...

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

17 İyun 2026 - 23:19

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Uqanda İnkişaf Bankının...

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

25 Fevral 2026 - 22:07

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin investisiya, ticarət və sənaye naziri Johari Abdul Qani ilə görüşüb. Səfirlikdən Elchi.az -...

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

12 Fevral 2026 - 19:54

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt...

Next Post

Seçki saxtakarlığına görə cəza sərtləşdirilir

Seçki saxtakarlığına görə cəza sərtləşdirilir

Son xəbərlər

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

09 Oktyabr 2026 - 18:48
Rafinya “Qalatasaray”la oyunu buraxacaq

Rafinya “Qalatasaray”la oyunu buraxacaq

09 Oktyabr 2026 - 18:27
İran Hörmüz boğazında gəmiyə zərbə endirildiyini bildirib

İran Hörmüz boğazında gəmiyə zərbə endirildiyini bildirib

09 Oktyabr 2026 - 18:22
Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

09 Oktyabr 2026 - 18:17
Özbəkistan və Böyük Britaniya iqtisadi əməkdaşlığı genişləndirəcək

Özbəkistan və Böyük Britaniya iqtisadi əməkdaşlığı genişləndirəcək

09 Oktyabr 2026 - 18:09
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 18:07
Çin və Aİ razılığa gəliblər

Çin və Aİ razılığa gəliblər

09 Oktyabr 2026 - 17:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.