Azərbaycan Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləğləri müəyyən edilib.
Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları” təsdiq olunub.
Müdafiə Nazirliyi sənəddən irəli gələn məsələləri həll etməlidir.
Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.





















