"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Müasir gəncliyin milli mənlik şüurunda vətənpərvərlik anlayışı” 

22 İyul 2025 - 10:00
in CƏMİYYƏT

qht

FacebookVatsap

Gənc nəslin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin qarşısında duran prioritet vəzifələrdən biridir. Azərbaycan gəncliyi milli şüurunu daim inkişaf etdirir, vətənpərvərlik ruhunda tərbiyə alır. 

Bunu da oxuyun

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

AQTA sədri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

***

Həmsöhbətimiz siyasi ekspert Çingiz Şahbazinin fikrincə, hər bir cəmiyyətin bütün dönəmlərdə gəncliyə və gənclərə ehtiyacı olub və bu ehtiyac indi də müasir dövrün tələbələri içində yer almaqdadır. Bütün dövrlərdə dünyanın istənilən yerində gənclər, ölkənin bütün təbəqələrində aparıcı gücə malikdirlər.

O cümlədən bizim ölkəmizdə də gənclərimizin xüsusilə çoxluq təşkil etdiyi sahələrdə göstərdikləri xidmətlərə və nəticələrə diqqət yetirsək görərik ki, həqiqətən də gənclər, hər zaman hər yerdə ən çətin vəzifələrin belə öhdəsindən layiqincə gəlməyi bacarırlar. Bu gün Azərbaycan gəncliyinin göstərdiyi qətiyyət, şücaət, savad və qəhrəmanlıq nəticəsində, işğalda olan torpaqlarımız azad olundu. Azərbaycan gənclərinin vətənə, torpağa, millətə, xalqa olan sevgisi, 44 günlük Vətən müharibəsi zamanı öz əksini taparaq sübut olundu. Azərbaycan gəncinin sevgisindən doğan bu şücaət və igidlik, müasir dövrün əsil qəhrəmanlıq etalonu kimi, dünyada öz əksini tapdı. Bir daha əmin olduq ki, müasir gəncliyimiz milli mənlik şüuruna malik olan sağlam təfəkkürlü gənclikdir və həmin gəncliklə gələcəyə ümid etməyə dəyər. 

***

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan gənci, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovu “Azərbaycanlı Rembo” adlandırması bunun sübutudur. Mənfur erməni millətçilərinə qarşı döyüşlərdə xüsusilə də Azərbaycan ordusunun gənc hərbiçilərin sahib olduğu yüksək səviyyədə hərbi hazırlıqları və düşmən mövqelərinə qarşı hazırlanan hərbi əməliyyatlar və vurulan zərbələr, nəinki düşmən ölkənin hüdudları çərçivəsində, onların havadarlarını da məyus etdi və onlar birlikdə məğlub oldular. Azərbaycan ordusunun yüksək peşəkarlığı nəticəsində darmadağın edilən düşmən mövqeləri, hərbi texnikası və məhv edilmiş düşmənin canlı qüvvəsi, dünya hərb tarixinə ən möhtəşəm qələbələrdən biri kimi qeyd edilir. Məhz bu qısa vaxt ərzində, Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatların nəticəsi ,bir çox böyük dünya ölkəsini, müdafiə və digər hərbi sahədə dəyişiklik etməyə, sistemin yenidən qurulması istiqamətində addımlar atmağa məcbur qoydu. Heç şübhəsiz ki, bütün bu müvəffəqiyyətlərin əsas mərkəzində Azərbaycan gəncinin vətənpərvərliyi və bundan doğan qəhrəmanlığı dayanır. Bu səbəbdən tərəddüd etmədən demək lazımdır ki, Azərbaycan gəncliyi istər ailədə, istərsə də digər təlim-tərbiyə ocaqlarında doğru istiqamətdə tərbiyə olunurlar və bunun üçün də ölkəmizdə bütün şərait yaradılıb və bu istiqamətdə mütəxəssislərimizin də əməyini yüksək qiymətləndirmək lazımdır. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan gəncliyi bütün sahələrdə öz sözünü deyir. Bu gün ölkəmizdə cəmiyyət quruculuğunun bütün mərhələlərində təmsil olunan gənclər milli dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində  və inkişafı üçün  böyük işlərə imza atırlar.

Ölkəmizdə aparılan xüsusilə də siyasi, hüquqi, iqtisadi və digər sahələrdə islahatların həyata keçirilməsi istiqamətində ölkə gənclərinin müstəsna rolunu qeyd etmək istəyirəm. Həmçinin Azərbaycan gəncliyi bu gün dünyanın müxtəlif ölkələrində müxtəlif təşəbbüslərlə çıxış ediblər və xaricidə təhsil alan gənclərimiz də kifayət qədər çoxdur. Minlərlə azərbaycanlı gəncin hazırda dünyanın müxtəlif təhsil ocağında oxuduğunu və on minlərlə gəncimizin isə təhsilini başa vurduqdan sonra vətənə yüksək səviyyəli mütəxəssis olaraq dönüb, xidmət göstərdiyini bilirik. Artıq bu mütəxəssislər ölkənin müxtəlif sahələrdə öz sözünü deyirlər və yüksək texnologiyaların tətbiqi istiqamətində ölkədə gənclərin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Xaricidə təhsil almaqda olan və təhsilini başa çatdırıb vətənə dönən gənc tələbələr arasında bir çox sahələri əhatə edən mütəxəssislər var. Müasir dövrün tələblərinə cavab verən, yeni texnologiyaların mənimsənilməsi və tətbiqi istiqamətində artıq ölkəmizdə əvvəlki illərlə müqayisədə kadr çatışmazlığı yoxdur və bu problem məhz dünyanın müxtəlif ölkələrində təhsil alan gənclərin sayəsində aradan qaldırılıb. Xüsusi olaraq olkəmizdə tibb sahəsində savadlı və yüksək peşəkarlığı ilə seçilən mütəxəssislər  ordusunun yarandığını qeyd etmək olar və xarici ölkələrdə, xüsusilə də tibb sahəsində inkişaf etmiş qardaş Türkiyədə təhsil alan gənclərimizin, artıq ölkənin müxtəlif tibb müəssisələrində yüksək səviyyədə xidmətlərini görməkdəyik. “Azərbaycanın gələcəyi gənclərin əlindədir” deyib Ümummilli lider Heydər Əliyev. Bu gün gənclərlə bağlı dövlət siyasəti mövcuddur və gənclərimiz bu siyasətdən yararlana bilirlər. Onlar cəmiyyətimizdə xüsusi imtiyazlara malikdirlər və bütün bunlar dövlətimizin gənclərə verdiyi xüsusi dəstəkdən irəli gəlir və məhz dövlətin gənclərlə bağlı siyasəti onun gənclərlə bağlı dövlət proqramı və dövlətin konsepsiyası çərçivəsində həyata keçirilir. Bu gün ölkənin bütün bölgələrində, bütün sahələrdə xüsusilə də Azərbaycan ordusu sıralarında genç vətənpərvər , milli-mənəvi dəyərlərimizə sadiq əsgər və zabitlər vətənə xidmət edirlər. İstər xidmət etdikləri zaman, istərsə də ehtiyata buraxıldıqdan sonra, dövlətimiz  tərəfindən onlara xüsusi qayğı göstərilir və onlar qanun çərçivəsində imtiyazlara malikdirlər. Milli mənlik şüuru və vətənpərvərlik ruhunda gənclərin yetişdirilməsi, tərbiyə alması, dövlətçilik ənənələri baxımdan xüsusi əhəmiyyət daşıyır və cəmiyyətin formalaşması istiqamətində çox vacib amillərdən biri hesab etmək olar. Bu bütün dönəmlərdə zamanın tələbi rolunu oynayıb və bu gün də aktuallığını qoruyub saxlayır. Bu baxımdan Azərbaycan gəncliyinin bu ruhda böyüməsi və inkişaf etməsində, Azərbaycan ailəsinin rolunu da qiymətləndirilmək lazımdır. Azərbaycan xalqı bütün dövrlərdə öz dininə, etiqadına, adət və ənənələrinə və bütün mənəvi dəyərlərinə sahib olaraq yaşamağa üstünlük verib və məhz bu cəhətdən onu unikal xalqlar arasında görmək olar. Biz işğalçının, terrorçunun, separatçıların qarşısında duran xalqıq. Biz düşmənləri torpaqlarımızdan qovan və ərazi bütövlüyümüzü, ədaləti öz gücümüzlə bərpa edən xalqıq. Azərbaycan xalqı tarixən əzilənin yanında olub və bu gün də bu siyasət davam edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin yürütdüyü bu siyasətin mərkəzində Azərbaycan gənclərinin və Azərbaycan gəncliyinin xüsusi yeri var. Bu gəncləri yetişdirən bizim Azərbaycan cəmiyyətinin ailə yapısına sadiqliyini xüsusi vurğulamaq istəyirəm. Valideynlərin  gənc övladlarının təlim tərbiyəsində milli dəyərlərə istinad etməsi bizim zənginliyimizdən xəbər verir. Dünyanın indiki vaxtında, bütün dəyərlər ayaq altına alındığı bir zamanda və ədalətin itdiyi bir zamada, Azərbaycan xalqının qoruyub saxladığı şərəf və ləyaqət, haram və halal  meyarlarını ailədə və təlim tərbiyə mərkəzlərində tətbiq etməsi və onu öz övladlarının , Azərbaycan gənclərinin həyatlarında görmək istəyi,  bizim mənəvi dəyərlərimizdən qaynaqlanır və məhz bu səbəbdən Azərbaycan gəncliyinin gələcəyi hələ uzun illər öz sabitliyini qoruyub saxlamaq imkanındadır, demək olar.

***

Bu gün biz Azərbaycan gəncliyinin keçdiyi yola və gəlib çatdığı məqama nəzər salsaq görərik ki, bu yol heç də asanlıqla başa gəlməyib və bu yoldakı uğurlar böyük zəhmət və siyasi iradənin nəticəsində, məhz Azərbaycan gəncliyinin fədakarlığı ilə ərsəyə gəlib. Azərbaycan gəncliyinin simasında tərənnüm edən bugünki qalib Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər, məhz müdrik siyasətin nəticəsidir. Gənclik dünən də, bu gün də, inanıram ki sabah da, ölkədə aparılan köklü islahatların əsas aparıcı qüvvəsi kimi öndə yer alıb və alacaq. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev, gənclərə yüksək vəzifələr verir və onlara inanır, etimad göstərir. Əlbəttə ki, bütün bunlar cənab prezidentin rəhbərliyi altında ölkənin gələcəyi üçün gənclərdə dövlətin idarə olunmasında potensial imkanları artırmağa imkan verəcək. Ölkəmizin inkişafı üçün gələcəyə ümidləri artıran bu addımlar, bir çox sahələri əhatə edir. Düşünürəm ki, ölkənin yüksək vəzifələrində çalışan gənc kadrlarımızın üzərində çox böyük məsuliyyət var və onlara göstərilən bu etimada layiq olduqlarını isbat etmək üçün daha çox çalışmaq lazımdır, düşüncəsində olmalarına daha çox yer verməlidirlər. Və bütün məsələlərin həllində ilk növbədə milli kontekstindən kənara çıxmadan, vətənpərvərlik əzmini zədələmədən və azərbaycançılıq ruhunu qoruyaraq məsələlərin həllinə çalışmaları lazımdır, düşüncəsindəyəm. Doğrudur, bu gün Azərbaycan gəncləri ölkənin seçkili orqanlarında, parlamentdə, bələdiyyələrdə təmsil olunurlar. Parlamentdə gənc deputatlarımızın qanunvericiliyin təkmilləşdirilməsində və yeni qanunların qəbul edilməsi istiqamətində xüsusi olaraq fəal iştirak etmələri və ölkənin digər sahələrində vətəndaş cəmiyyətinin inkişafına verdikləri töhfələr bizə əsas verir ki deyək, bu istiqamətdə gənclərə göstərilən diqqət və qayğı, həmçinin etimad öz bəhrəsini verməkdədir. Sözsüz ki, bu istiqamətdə dövlətin gördüyü işlər, qəbul etdiyi gənclərlə bağlı proqramlar öz səmərəli nəticəsini verməkdə davam edəcəkdir və gələcəkdə ölkəmizin dünyada nüfuzunun artması üçün bu kimi gənclərin təcrübəsindən və potensialından istifadə olunacaqdır. Bu gün fəxrlə qeyd etmək olar ki, Azərbaycan gəncləri öz savadı və intellekti ilə dünyanın tanınmış şirkət və təşkilatlarında ölkəmizin adına layiq şəkildə fəaliyyət göstərirlər. Azərbaycan gəncliyinin adı dünyanın ən məşhur arenalarından və tribunalarından eşidilməkdədir. Azərbaycanın gənc alimlərinin ixtiraları dünya miqyasında təşəkkür tapır. İdman sahəsində, elim sahəsində, mədəniyyət sahəsində, siyasət və iqtisadiyyat sahəsində xüsusi olaraq ölkəmizin gəncləri dünyanın müxtəlif ölkələrində, müxtəlif təşkilatlarında, müxtəlif təşəbbüslərlə təmsil olunurlar və çıxış edirlər. Dünya səviyyəsində böyük nailiyyətlərə imza atan Azərbaycan gəncləri var və onların içində dünyada bir ilk olaraq yeni lahiyələrə rast gəlmək mümkündür. Bütün bunlar bizim irəlidə daha da yüksək peşəkar gənclərimizin olacağını göstərən işarələrdir və inanıram ki, Azərbaycan gəncliyinin əldə etdiyi potensial imkanlar, gələcəkdə daha da inkişaf edərək ölkəmizdə və dünya miqyasında hər kəsə faydalı olacaqdır.

Əslində gənclər dünyanın hər yerində diqqət mərkəzində saxlanılır və gənclərin yetişdirilməsi istiqamətində dünyada bir çox ciddi konsepsiyası olan ölkələr var. Gənclərlə bağlı hazırlanan dövlət proqramları, yürüdülən siyasət və əldə olunan konsepsiyalar dövlətin daima nəzarətində olmalıdır və bu istiqamətdə zaman irəlilədikcə bu kimi nəzərdə tutulan qanunlar və qərarlar yenidən baxılmasına ehtiyac olduğunu təsbit etmək lazımdır. Çünki bu günün gəncinin bilikləri, düşüncələri və entelektual səviyyəsi sabahın dövlət və ölkənin digər strukturlarında və cəmiyyətdə öz təsirini göstərəcək. Bu baxımdan gənclərin yetişdirilməsi dövlət üçün çox vacibdir və xüsusilə də gənclərin yetişdirilməsi üçün dövlət qayğısının artırılması cəmiyyətin sabit qalmasını və sağlam qalmasını təmin edən amillərdən biri hesab olunur. Bütün bunların hamısı, çatışmazlıqları ilə və nailiyyətləri ilə birlikdə bizə deməyə əsas verir ki, deyək, ölkəmizdə gənclərin yetişdirilməsi və müasir gəncliyin milli mənlik şüurunda vətənpərvərlik və vətəndaşlıq anlayışını qənaətbəxş hesab edək.  Biz milli mənlik şüuruna və vətənpərvərlik hissinə sahib gəncliyimizi bundan sonra daha ciddi şəkildə yetişdirməli və buna daha böyük marağımız olmalıdır. Yəni, gənc nəslin milli mənlik şüurunda və vətənpərvərlik ruhunda yetişməsi prioritetdir və hər zaman olduğundan daha böyük diqqət mərkəzindədir.

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Zərərli xarici təsirlərə qarşı sayıqlığın artırılması” layihəsi çərçivəsində hazırlanıb və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər

Previous Post

“Azeri Light” nefti ucuzlaşıb

Next Post

Əmtəə bazarlarında qızıl 3400 dollar səviyyəsində ticarət olunur

Bənzər yazılar

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....

AQTA sədri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

AQTA sədri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

27 Oktyabr 2026 - 17:40

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli noyabrın 20-si saat 11:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə, Naftalan şəhərləri...

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

27 Oktyabr 2026 - 17:16

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 27-də Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi ilə görüşüb. Elchi.az...

AMEA-nın alimləri Pezeşkianı azərbaycanlıların ana dilində təhsil almalarını təmin etməyə çağırıblar

AMEA-nın alimləri Pezeşkianı azərbaycanlıların ana dilində təhsil almalarını təmin etməyə çağırıblar

27 Oktyabr 2026 - 16:35

Azərbaycan Milli Elmlər Akademiyası alimləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana müraciət ünvanlayıb. Elchi.az-ın xəbərinə görə, müraciətdə deyilir ki, İran...

Next Post

Əmtəə bazarlarında qızıl 3400 dollar səviyyəsində ticarət olunur

Tramp İrana yeni hücum siqnalı verdi!

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38
SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

27 Oktyabr 2026 - 20:36
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

27 Oktyabr 2026 - 20:33
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02
Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00
Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

27 Oktyabr 2026 - 19:15
Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

27 Oktyabr 2026 - 19:09
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

27 Oktyabr 2026 - 19:00
Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

27 Oktyabr 2026 - 18:49
Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

27 Oktyabr 2026 - 18:35
PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

27 Oktyabr 2026 - 18:28
Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

27 Oktyabr 2026 - 18:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.