"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Mövsümi meyvələrin qiyməti “dodaq uçuqladır”- Səbəblər…

20 İyun 2019 - 15:28
in CƏMİYYƏT
FacebookVatsap

Yazda hava şəraitinin normal olmaması və məhsulların Rusiyaya daşınması bahalıq yaradıb

Bunu da oxuyun

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

Bazarlarda bir çox mövsüm meyvələrinin qiyməti nübar dövründə olduğu həddən aşağı düşmür. Əsasən də ərik, gilas və göycə alçanın qiyməti 5-8 manat civarındadır. Hətta növündən asılı olaraq 9-10 manata alma, 10-11 manata gilas, 6 manata ərik də var. Meyvələrin bu həddə olması əhalini də narazı salır. Çünki sözügedən mövsüm meyvələrinin əsas yeyilmə dövrü indidir, bir müddət sonra gilas və əriyin yığımı bitəcək. Lakin qiymətlər insanların kifayət qədər bəhrələnməsinə imkan vermir. Qışlıq konservlərin bağlanması üçün isə ümumiyyətlə bu qiymətlər sərfəli deyil.

“Yeni Müsavat”ın müxbiri yeni məhsulların, mövsüm meyvə və tərəvəzlərinin qiymətləri ilə bağlı durumu öyrənmək üçün paytaxtın “8-ci kilometr” bazarına baş çəkib. Qeyd edək ki, alıcılar kimi satıcılar da qiymətlərin bu həddə olmasından narahatdır. Çünki yüksək qiymətlər alıcılığı azaldır, tələbat böyük olsa da insanlar məhdud həcmdə bazarlıq edirlər.

Satıcı Vüqar Məmmədovun sözlərinə görə, ötən illə müqayisədə bu il bahalıqdır: “Bunun  səbəbi isə bu ilin aprel ayında  regionlarda qarın yağması oldu. Bu isə ən çox meyvə ağaclarını vurdu. Biz özümüz də etiraf edirik ki, çox bahadır. Ötən il bu vaxtı çiyələyi 50 qəpikdən almaq mümkün idi, bu il isə kiloqramı 3 manatdır. Ötən illə bu ilin arasında 2.50 manat fərq var. Səbəbi də dəqiq bilinmir”.

Digər satıcılar da bildirdilər ki, ötənilki qiymətlərlə müqayisədə 1-2 manat artım müşahidə olunur. Bu da mövsümün pis keçməsi ilə əlaqədardır.

Rusiya ilə sərhədin açılması və məhsulların daha çox bu ölkəyə daşınması da daxili bazarda qıtlıq yaradır ki, bahalaşma həm də onunla əlaqədardır. Gilas, ərik, şaftalı, alça Xaçmazdan birbaşa Rusiyaya aparılır. Xiyar, pomidor, badımcan isə ötən illə müqayisədə daha ucuzdur.

Digər bir piştaxtada isə qarpız düzülüb. Hələ qarpızın normal  yetişmə dövrü olmasa da artıq qiyməti düşməyə başlayıb. Satıcı bildirdi ki, topdansatışda qarpızın kiloqramı 32-35 qəpikdir, bazarda isə 40 qəpikdir: “Ötən il bu vaxt isə 50-55 qəpik idi. Ucuzluğun səbəbi bostanlarda məhsulun bol olmasıdır. Digər bir səbəb də qarpızla bağlı fikirlərdir ki, zəhərlənməyə səbəb olur, ziyan verir və sair. İnsanlar bu səbəbdən qorxur və almırlar.

Ancaq bu il həddindən artıq çox əkilib. Artıq indidən sahələrdə 28-30 qəpiyə alırıq. Bu isə bəzi fermerlərə sərf eləmir, heç yerdən toplanmasının, fəhlənin pulunu ödəmir”.

Qeyd edək ki, bazarda şaftalının kiloqramı 8-10 manata, əriyin kiloqramı 2-6 manat arasında, gilas 3 manatdan 5 manata qədər, vişnənin kiloqramı 2 manata satılır. Daha yaxşı gilas növləri də var ki, qiyməti 8 manatadır.

Tərəvəzlərə gəlincə, pomidor topdansatışda 25 qəpiyə, pərakəndə satışı isə 50-90 qəpiyə, xiyarın kiloqramı 30 qəpiyə, badımcan 70 qəpiyə,  yaşıl lobyanın kiloqramı 1.20 manata, kartof 70 qəpik-1 manat arasında, soğan 60 qəpiyə, sütül qarğıdalının 1 ədədi 40 qəpiyə satılır.

Ərik, şaftalı, gilas və alçanın yüksək qiymətə satılmasının səbəblərini isə kənd təsərrüfatı sahəsində ekspert Nicat Nəsirli “Yeni Müsavat”a danışarkən açıqladı. Onun sözlərinə görə, hazırda əhalini əsasən 3 məhsulun qiyməti narahat edir: “İnsanları narahat edən alça, ərik və gilasın qiymətidir. Digərlərinin qiyməti bazar qiymətlərinə ya yaxındır, ya da çox ciddi fərq etmir. O baxımdan bu 3 meyvənin qiymətinin yüksək olmasını dəyərləndirmək istərdim. Birinci səbəb, ilkin yaz dövründə bu meyvə ağacları çiçəklədikdən sonra yağışların yağması, dolu düşməsi bu 3 meyvənin məhsuldarlığına təsir edib. Əgər keçən il 1 hektar gilas bağından 8-12 ton arası məhsul yığılırdısa, bu il bu göstərici 4-5 tondur. Əgər keçən il şimal bölgəsində 1 hektardan 6-7 ton ərik yığa bilirdisə, indi 2-3 tona düşüb. Səbəb çiçəklənmə dövründə iki həftəlik hava şəraitinin pisləşməsi ilə mayalanmanın uğurlu getməməsidir. Ağac çiçək açsa belə, maya tutmadan sovrulub gedib, bar verməyib. İkinci faktor tələbatın çox olmasıdır. Gilas və ərik bu mövsümdə prioritetdir, insanların tələbatı böyükdür. Ev təsərrüfatında mürəbbə və kompotlar bişirilir. Heç ötən il də bu məhsullar ucuz olmayıb. Üçüncü faktor isə odur ki, bu məhsullar qonşu Rusiya bazarlarına çox ixrac olunur. Hətta Şimal bölgəsində iri ərik və gilas bağları var ki, onun məhsulundan 1 kiloqram da daxili bazara gəlmir”.

Ekspert onu da vurğuladı ki, bu 3 meyvənin qiymət artımında monopoliya və sair faktı yoxdur: “Ötənilki rəqəmlərə baxsaq, 360 min ton gilas, 269 min ton ərik, 249 min ton alça, albalı cəmi 102 ton olub. Ötənilki göstəricilər belə çox da yüksək deyil. Bu il daha da az olacaq. Adını çəkdiyimiz  3 məhsul iyul ayının ilk günlərinə kimi davam edəcək. Bir qədər sonra gilasın ”Romonov” sortu da yetişir və onun bazara çıxması ilə gilasın qiymətində bir qədər ucuzlaşma olacaq. Bu bir qədər gec yetişən sortdur. Hazırda “öküz ürəyi” deyilən gilasın kiloqramı 4-5 manatdırsa, “Romonov” sortu daha ucuz məhsul kimi bazara girəcək. Ərik hər zaman baha olub, çünki tələbat daha çoxdur. Mən hesab edirəm ki, bu günlərdə bizim iş adamları İrandan bu meyvələri, əsasən də əriyi idxal etməyə başlayacaqlar”.

Previous Post

Mövsümi meyvələrin qiyməti “dodaq uçuqladır”- Səbəblər…

Next Post

Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı

Bənzər yazılar

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa...

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

07 Oktyabr 2026 - 17:39

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Elchi.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat...

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

07 Oktyabr 2026 - 15:53

Azərbaycanda sosial şəbəkə platformalarının istifadə payları üzrə 2026-cı ilin sentyabr ayına dair statistika açıqlanıb. Elchi.az Trend-ə istinadən xəbər verir ki,...

Prokurorluğa qəbul imtahanı keçiriləcək

Prokurorluğa qəbul imtahanı keçiriləcək

07 Oktyabr 2026 - 14:30

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə oktyabrın 9-da prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün...

Next Post
Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı

Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı

Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı

Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı

Son xəbərlər

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

07 Oktyabr 2026 - 17:39
Hindistan Qara dənizdə gəmilərə edilən hücumları pisləyib

Hindistan Qara dənizdə gəmilərə edilən hücumları pisləyib

07 Oktyabr 2026 - 17:25
84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü

84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü

07 Oktyabr 2026 - 17:14
Macarıstan veto qərarını ləğv etdi: Ukrayna və Moldovanın Aİ danışıqları bərpa olunur

Macarıstan veto qərarını ləğv etdi: Ukrayna və Moldovanın Aİ danışıqları bərpa olunur

07 Oktyabr 2026 - 17:03
Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

07 Oktyabr 2026 - 16:56
Ərdoğan və Putin Qara dənizdə təhlükəsizliyi və Ukrayna münaqişəsini müzakirə ediblər

Ərdoğan və Putin Qara dənizdə təhlükəsizliyi və Ukrayna münaqişəsini müzakirə ediblər

07 Oktyabr 2026 - 16:49
ADY-nin yükdaşımaları 11% artaraq 14 milyon tona çatıb

ADY-nin yükdaşımaları 11% artaraq 14 milyon tona çatıb

07 Oktyabr 2026 - 16:37
Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

07 Oktyabr 2026 - 16:27
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib

Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib

07 Oktyabr 2026 - 16:19
Litva səfiri: Avropada təhsil alan azərbaycanlı tələbələr ölkənin inkişafına töhfə verirlər

Litva səfiri: Avropada təhsil alan azərbaycanlı tələbələr ölkənin inkişafına töhfə verirlər

07 Oktyabr 2026 - 16:10
BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

07 Oktyabr 2026 - 15:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.