Polşanın baş naziri Mateusz Moraviecki bəyan edib ki, Almaniya və onun ölkəsi Avropa İttifaqının (Aİ) tərəfdaşlarıdır.
Elchi.az xəbər verir ki, Moraviecki İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyası tərəfindən ilk dəfə bombalanmış Polşanın Wielun şəhərində keçirilən anım mərasimində iştirak edib.
Müharibənin başlamasının 84-cü ildönümü olduğunu xatırladan Morawiecki, sentyabrın 1-i saat 04:40-da faşist Almaniyasının təyyarələrinin günahsız və müdafiəsiz bir şəhəri bombaladığını bildirib.
Polşanın İkinci Dünya Müharibəsi zamanı yaşadıqları üçün həqiqət və təzminat tələb etdiyini vurğulayan Morawiecki, Almaniyadan itkilərə görə təzminat tələb etdiklərini xatırladıb.
Almaniya və Polşanın AB tərəfdaşları olduğuna diqqət çəkən Morawiecki, “Gələcəkdə normal fəaliyyət göstərə bilməmiz üçün İkinci Dünya Müharibəsinin qara səhifələrini bağlamalıyıq. Özümüzə bu sualı verməliyik: Tərəfdaşlar arasında uzlaşma ola bilərmi? kompensasiya olmadan?” ifadələrdən istifadə etmişdir.
Şayəstə Hüseynova