ABŞ-ın Montana ştatı məlumat təhlükəsizliyi müzakirələrinin mövzusu olan Çin video paylaşma tətbiqi TikTok-u qadağan edən ilk ştat oldu.
Elchi.az xəbər verir ki, Montana qubernatoru Greg Gianforte Çinə kəşfiyyat məlumatı verməkdə ittiham olunan TikTok tətbiqini qadağan edən qanunu imzalayıb. Beləliklə, Montana TikTok-a rəsmi qadağa qoyan ilk ABŞ ştatı oldu.
Qadağanın 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi açıqlanıb.
Çinin ByteDance şirkətinə məxsus TikTok qərarla bağlı rəsmi cəhdin olub-olmayacağı ilə bağlı açıqlama verməyib.
TikTok Çin hökuməti ilə məlumat paylaşdığına dair iddiaları dəfələrlə təkzib edib.
Nuranə Məmmədova