MİT terror təşkilatı PKK/YPG-nin Ayn İsa dövlət zabiti olaraq adlandırılan “Azad” kod adlı İraq vətəndaşı Kays Berho Sulayvanı Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirib.
Elchi.az xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, 2013-cü ildə terror təşkilatı PKK-ya qoşulan terrorçu Sülayva əvvəlcə İraqın Sincar, daha sonra isə Suriyanın Tel-Təmir bölgəsində terror fəaliyyətləri həyata keçirib.
Suriyanın Həsəkə bölgəsində ağır silahlar üzrə zabit kimi çalışdıqdan sonra Sulayva 2017-ci ildə yenidən Rəsuleyn-Tel Tamir bölgəsinə təyinat alıb.
Türkiyə Silahlı Qüvvələrinin 2019-cu ildə həyata keçirdiyi “Barış Pınarı” əməliyyatında təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarını təşkil edən Sulayvanın ardınca MİT də gəlib.
Ayn İsada həyata keçirilən əməliyyatlarda təşkilat liderləri zərərsizləşdirildikdən sonra bu bölgəyə təyin edilən terrorçu Sulayva MİT-in təşkil etdiyi əməliyyatla zərərsizləşdirilib./ trthaber
Şayəstə