Suriyada Bəşər Əsəd rejiminin köçkünlərin sığındığı düşərgəyə təşkil etdiyi kaset bombalı hücumda 6 mülki vətəndaş həyatını itirib, ən azı 75 mülki vətəndaş isə yaralanıb.
Elchi.az xəbər verir ki, Mülki Müdafiə (Ağ Dəbilqəlilər) mənbələrindən alınan məlumata görə, rejim qüvvələri səhər saatlarında İdlibin şimalında məcburi köçkünlərin yaşadığı Maram Düşərgəsinə kaset bombalı hücuma keçib.
Hücum nəticəsində 6 mülki şəxs həlak olub, ən azı 75 mülki şəxs yaralanıb.
Yaralılar mülki müdafiə qrupları tərəfindən ətraf xəstəxanalara aparılıb və onlara tibbi yardım göstərilib.
İdlibdəki vəziyyət
2017-ci ildə keçirilən Astana görüşündə Türkiyə, Rusiya və İran Əsəd rejiminin nəzarətində olmayan ərazidə 4 “deeskalasiya zonası” yaratmaq qərarına gəlib.
Rejim, İranın dəstəklədiyi terrorçular və Rusiya hücumlarını davam etdirərək 4 bölgədən 3-nü ələ keçirərək İdlibə doğru irəliləyir. Türkiyə 2018-ci ilin sentyabrında Rusiya ilə atəşkəsi gücləndirmək üçün əlavə razılaşma əldə etsə də, 2019-cu ilin mayında hücumlar yenidən güclənib. Türkiyə ilə Rusiya arasında 2020-ci il martın 5-də imzalanan yeni razılaşmadan sonra atəşkəs əsasən qorunub.
2017-2020-ci illər ərzində hücumlardan qaçan 2 milyona yaxın mülki şəxs Türkiyə sərhədinə yaxın bölgələrə köç etmək məcburiyyətində qalıb.
Şayəstə