Misir rəhbərliyi Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmaların başladığı 15 apreldən bəri təxminən 16 min Sudanlı və xarici vətəndaşın ölkəyə daxil olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki,Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd verdiyi yazılı açıqlamada, qarşıdurmalardan qaçan Sudanlı və xarici vətəndaşların ölkəyə daxil olmalarının davam etdiyini və keçidlərdə lazımi şəraitin təmin edildiyini bildirib.
Əbu Zeyd qeyd edib ki, qarşıdurma başlayandan bəri 14 mini sudanlı və 2 mini xarici vətəndaş (50 müxtəlif ölkədən) olmaqla təxminən 16 min nəfər Sudandan Misirə daxil olub.
Nuranə Məmmədova