“Havalar istiləşir, qısa müddətdən sonra məktəblər tətilə buraxılacaq. Bu da insanların istirahəti üçün daha çox zamanı olacağından xəbər verir. Ölkəmizdə keçirilən müxtəlif beynəlxalq səviyyəli tədbirlərdən də hiss olunur ki, ölkəyə gələn turistlərin sayında artım var” – bu sözləri Elchi.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib:
O, həmçinin qeyd edib:”Tədbirlər istənilən halda ölkəmizin bir turizm ölkəsi kimi tanınmasında mühüm rol oynayır. Və bu il ilk dəfə olaraq yüzə yaxın ölkədən gələn əcnəbilər var. Biletlərin 90 faizə qədər hissəsini məhs xarici turistlər tərəfindən alınıb. Amma bölgələrə gəldikdə isə həftə sonları və qeyri iş günləri vaxtında rayonlara axının daha çox olduğunu şahidi oluruq. 2023- il bərpa ili hesab olunur. Dünyada turizm bu il pandemiyada dövrünə nisbətən 80/90 faizinin bərpa olunacağı gözlənilir”.
Havar Şəfiyeva